Qazaxıstan ərazisinin çox hissəsində parlamentin aşağı palatasına, həmçinin yerli səlahiyyətli orqanlara növbəti seçkilərdə səsvermə qurtarıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, bir neçə qərb regionunda səsvermələr bir saat gec bitəcək. Respublikada səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 06:00) axşam saat 20:00-yə (Bakı vaxtı ilə saat 18:00) qədər 9,9 min seçki məntəqəsi fəaliyyət göstərib.
Daha 66 seçki məntəqəsi ölkədən xaricdə, 53 dövlətdə təşkil edilib. Qazaxıstanın 12 min vətəndaşı xaricdə səs vermək hüququna malikdir.