Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: Bürcləri nə gözləyir... - 11-17 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 11-17 yanvar, 2021-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Ünsiyyət baxımından çox əlverişli bir həftədir. İlk günlər xüsusilə yaxşı keçəcək: Bu günlərdə yeni tərəfdaşlar tapa və onların dəstəyini qazana bilərsiniz.

Qoç bürcü Qoç bürcü

Bir çox Qoçlar köhnə dostlarını görmək və köhnə əlaqələri bərpa etmək şansı qazanacaq. Bu dəfə qarşılıqlı anlaşma yüksək səviyyədə olacaq, ünsiyyət hər kəs üçün rahat və xoş olacaq.

Biznesdə zəifləmə mümkündür, ancaq bu sizin üçün problem olmayacaq, əksinə, vaxtınızı səmərəli keçirməyin bir yolunu tapacaqsınız, tələskənliyə görə diqqət edə bilmədiyiniz bir çox məsələləri götür-qoy edə biləcəksiniz.

Son vaxtlar sizi narahat edən maliyyə məsələləri uğurla həll oluna bilər. Gözlənilməz bir mənbədən nağd pul daxilolmaları gözlənilir.

Buğa bürcü Buğa bürcü

Buğa - Sizi yaxşı bir həftə gözləyir. Həftənin birinci yarısı xüsusilə uğurlu olacaq: Bu zaman sizi əvvəllər maraqlandıran məsələlərə qayıtmaq, keçən ildən bəri cavabsız qalan suallara cavab tapmaq imkanı qazanacaqsınız.

Elmi işlə məşğul olanların karyerada isrəliləməsi mümkündür. İndi lazım ola biləcək hər şeyi tez yada salırsınız və alınan məlumatlardan düzgün nəticələr çıxarırsınız.

Çox maraqlı iş təklifləri ola bilər; bəzi hallarda sürətli karyera artımı istisna edilmir. Unutmayın ki, hazırda başqalarından çox şey istəmək və gözləmək yaxşı deyil, amma onlar üçün yaxşı bir nümunə göstərməyə çalışın. Bu, çox şeyi sadələşdirəcək, işdə stressli məqamlardan qaçmağa imkan verəcək.

Şəxsi münasibətlər baxımından da əlverişli həftədir. Sizin üçün əziz olanlarla yaxşı münasibətlərdə olacaqsınız. İxtilaflar, qarşılıqlı iddialar, uzun mübahisələr üçün səbəb görünmür.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Həftənin əvvəlləri çox gərgin olacaq. Eyni anda min yerə qaçmalısınız. Amma hər yerdə vaxtında olmağı, heç bir yerə gecikməməyi və heç nəyi qarışdırmamağı bacaracaqsınız. Bu zaman iş və şəxsi münasibətlər tamamilə gözlənilməz şəkildə inkişaf edə bilər. Məsələn, əvvəllər hər hansı bir xırda məsələ ilə bağlı mübahisə etdiyiniz insanlarla yaxşı münasibətlər qurmağınız mümkündür.

Günlər keçdikcə vəziyyət daha sabit olacaq. Keçən ildən bəri yarımçıq qalan işlərə qayıda bilərsiniz. Bu dəfə başladığınız işi asanlıqla başa çatdırmaq imkanınız olacaq.

Peşə sahəsində dəyişikliklər istisna deyil; əksər hallarda söhbət əvvəllər bu və ya digər şəkildə müzakirə edilmiş bir şeydən gedir.

Sevdiklərinin dəstəyi səni xoşbəxt edir. Vəziyyətdən asılı olmayaraq, yaxınlıqda etibar edə biləcəyiniz insanların olduğunu bilirsiniz. Əlbəttə bu sizi ruhlandırır.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - İş üçün uğurlu həftədir. Xüsusən öz üzərinizdə işləmək və dəyişikliklərə nail olmaq üçün...

Əvvəllər heç kimin görmədiyi istedadlarınız varsa, indi onları göstərmək vaxtıdır. Amma yeni bir şey öyrənmək, əvvəllər uğur qazanmadığınız sahələrdə də qabiliyyətinizi göstərməyin faydası ola bilər. İndi ulduzlar sizin tərəfinizdədir və həqiqətən çoxlu uğurlar  əldə edə bilərsiniz.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri az olmayacaq. İxtilafda olduğunuz insanlarla barışmaq, münaqişələri həll etməyə və münasibətləri yaxşılaşdırmağa çalışmaq üçün əla bir həftədir. Çox güman ki, münaqişələri yoluna qoymaq düşündüyünüzdən daha asan olacaq. Bəzi çox köhnə tanışlarla yenidən bir araya gəlməyiniz mümkündür.

Kiçik məbləğdə olsa da, pul daxilolmaları mümkündür.

Şir bürcü Şir bürcü

Şir - Həftə nisbətən sakit keçəcək. Emosional vəziyyətinizi gözdən keçirmək üçün bundan istifadə edin; indi özünüzdə harmoniyanı əldə etmək şansınız var, bu da ən çətin hallarda belə uğur qazanmağa kömək edir.

Gözlənilməz və çox cəlbedici təkliflər istisna edilmir. Hələlik, ilkin müzakirədən danışırıq və yekun qərarların verilməsi üçün bir az vaxt lazımdır. Ancaq intuisiyanız sizə düzgün seçim etmək üçün lazım olanları deyəcək. Ürəyinizə damıbsa, gözləməyin, hərəkətə keçin.

Sevdiklərinizlə münasibətlərdə dəyişikliklər ola bilər. Üzərinizə daha çox məsuliyyət qoyulduğunu hiss edəcəksiniz, amma bununla daha çox hörmət qazanacaqsınız. Əvvəllər özünüzə qarşı yalnız keçici rəğbət hiss edirdiniz, amma bu həftə özünüzə qarşı ciddi hörmət və ehtiram görəcəksiniz.

Qız bürcü Qız bürcü

Qız - Həftənin əvvəlləri ünsiyyət qurmaq üçün əla vaxtdır. Bir çox fərqli insanlarla rastlaşa və münasibətlər qura bilərsiniz. Gözləmədiyiniz adamlar mübahisəli vəziyyətlərdə sizin tərəfinizi tutacaqlar.

Yeni tərəfdaşlarla birlikdə əvvəllər demək olar ki, fantastik görünən uğurlara nail ola bilərsiniz. Nikbin və həvəslisiniz. Bu, işlərinizdə çox kömək edəcək. Fəal olmaq və fikirlərinizi bölüşmək faydalıdır. Liderlik keyfiyyətləriniz açıq şəkildə özünü göstərir, bir çox məsələlərdə rəhbərlik edə bilərsiniz.

Həftənin ikinci yarısında bəzi məsələlərə fərqli baxacaqsınız. İnsanlar və hadisələr haqqında düşüncələrinizi dəyişdirəcəksiniz. Bu, uzunmüddətli planlar da daxil olmaqla layihələrinizə təsir edə bilər. Unutmayın: İdeyalarınızı bölüşmək hələ tezdir. Bir az gözləməyə, bəzi təxminləri yoxlamağa dəyər.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Barəsində narahat olacağınız heç nə yoxdur. Uğursuzluqdan qorxmadan min bir arzunu gerçəkləşdirə biləcəyiniz möhtəşəm bir həftə var qarşınızda. İntuisiyanız çox vaxt düzgün qərarlar verəcək və həyatdan xəbəri olmayan insanlarla məsləhətləşmək əvəzinə öz ürəyinizin hökmlərinə əməl edəcəksiniz.

İş adamları dəyişikliklərə şahid olacaqlar. Uzun müddət davam edən şərikli biznes tərəfdaşlarınız və ya rəqiblərinizlə münasibətlər yaxşılaşacaq. Əvvəllər fikir ayrılıqlarına səbəb olan məsələləri sakit və konstruktiv şəkildə müzakirə etmək mümkün olacaq.

Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Bu sahədə də narahat olmaq üçün heç bir səbəb görünmür. Münasibətlər uğurla inkişaf edəcək. Yaxınlarınız davranışınızdan yaxşı mənada təəccüblənəcəklər.

Həftənin son günləri romantik sürprizlərlə qeyri-adi dərəcədə bol ola bilər.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Bir çox cəhətdən əhəmiyyətli bir həftə olacaq. Birincisi, əvvəllər aydın və aşkar görünən şeylərə fərqli baxmağa başlayacaqsınız. İkincisi, əvvəllər heç kimin qiymətləndirmədiyi bilik, bacarıq və istedadınız faydalı olacaq. Bu baxımdan sürətli karyera yüksəlişi mümkündür, sizin üçün tamamilə yeni üfüqlər açan iş təklifləri istisna edilmir.

Təmkinli olmaq vacibdir. Bir qədər gözləmək lazımdır, hadisələrin öz axını ilə inkişaf etməsinə imkan verin; hər şey sizin üçün ən yaxşı şəkildə sonuclanacaq. Təcrübəsinə etibar etdiyiniz insanların məsləhətlərini dinləməyə də dəyər. Demək olar ki, bir çox səhvlərdən qaçmaq üçün təsadüfən ipucu almaq şansınız var.

Keçən ilin sonunda və bu ilin əvvəlində sizi çox narahat edən maliyyə məsələlərini uğurla həll etmək şansı yaranacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Həftənin əvvəllərində heç də hər şey plana uyğun getməyəcək. Ancaq bu sizi çəkindirməsin və narahat etməsin: intuisiyanız sizə narahat olmaq üçün bir şey olmadığını və vəziyyətin tezliklə yaxşılığa doğru dəyişəcəyini söyləyəcək. Və belə də olacaq.

Ancaq ola bilsin ki, dava-dalaşa meylli olan insanları, yaxud müxtəlif səbəblərdən təşviş içində olanları sakitləşdirmək və çətin duruma düşənlərə təsəlli vermək məcburiyyətində qalacaqsınız. Yumor hissi və həyat təcrübəsi bu sahədə sizə kömək edəcək.

Həmişəkindən daha tez-tez başqalarının işlərinə qarışmaq məcburiyyətində qalacaqsınız və bunu hər zaman nəzakətlə və mehribanlıqla etmək mümkün deyil. Əvvəlcə qınağa tuş gələ bilərsiniz. Ancaq az sonra hamı yeganə doğru qərarı verdiyinizi etiraf edəcək.

Həftə sakit və xoş notlar üzərində başa çatacaq. Son günləri istirahət üçün ayırın. Ətrafınızı, məsələn, evinizin interyerini dəyişdirmək üçün bir fürsət yaranacaq və bu sizə çox ilham verəcək.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Həftə xoş əhvalda başlayacaq, lakin çox da məhsuldar olmayacaq. İlk günlərdə xoş və maraqlı gələn işlərdən başqa hamısını təxirə salmaq, yaxınlarınızla ünsiyyətə və dostlarınızla görüşməyə maksimum vaxt ayırmaq çox yaxşı olar. Sizə elə gəlir ki, işləri təxirə salsanız, batarsınız. Amma vəziyyəti mümkün qədər obyektiv qiymətləndirin və şübhəsiz ki, işlərin o qədər də təcili olmadığını görəcəksiniz.

Həftənin ikinci yarısında işgüzar fəallıq sürətlə artacaq, faydalı işlər görmək fürsətindən getdikcə daha çox istifadə edəcəksiniz. Çətin tapşırıqlar çaşqınlıq yaratmayacaq, həvəslə onları həll edib uğur qazanacaqsınız.

Yeni uğurların ardınca yeni tanışlıqlar gələcək.Yeni tərəfdaşlar və dostlar tapa bilərsiniz.

Dolça bürcü Dolça bürcü

Dolça - Yerinizdə oturub qalmasanız, həftə yaxşı keçəcək. Bir çox yeni imkanlar açılacaq, hər birindən faydalanmağa çalışın.

Maraqlı təkliflər gələcək. Yeni təkliflər adətən, birlikdə işlədiyiniz və ya əvvəllər dost olduğunuz insanlardan gələ bilər. Burada çox düşünmədən razılıqla cavab verə bilərsiniz.

Həftənin əvvəli çox səy tələb edəcək, amma günlər keçdikcə işlər sizin üçün asanlaşacaq. Sizə kömək edənlər və tərəfdaşlar əvvəllər sizə rəqib olan insanların arasından çıxacaq. İndi əvvəllər mübahisə doğuran problemləri həll etmək üçün birləşmək zamanıdır.

Şəxsi münasibətlərdə müsbət rənglər çoxalacaq. Həftənin ilk günlərində tez-tez əhəmiyyətsiz olan bəzi fikir ayrılıqları ola bilsə də, son günlərdə harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək.

Balıq bürcü Balıq bürcü

Balıq - Hadisələr yavaş-yavaş inkişaf edəcək. Vəziyyət sizi razı salacaq.

Fərqli şeylər haqqında düşünmək vaxtı gələndə bəzən zehni olaraq uzaq keçmişdə yaşananları xatırlayacaqsan. Bir zamanlar vacib saydığın detalları yada salacaqsan. Mümkündür ki, indi belə şeylərə fərqli baxasan. Şəraitin necə dəyişdiyini və prioritetlərin fərqli hala gəldiyini dərk edəcəksən.

Həftənin əvvəlləri müstəqil yaradıcılıq üçün çox yaxşıdır. Xarici təsir indi minimaldır və öz yerinizi tapmaq, son vaxtlara qədər kölgədə qalan parlaq şəxsiyyətinizi göstərmək şansınız olacaq. Tezliklə diqqət mərkəzinə düşəcəksiniz.

Həftənin ikinci yarısı yeni ideyalar, narahatlıqlar və hədəflər gətirəcək. Bəzi narahatlıqlar və qarışıqlıqlar istisna deyil. Amma ciddi narahatlıq üçün əsas olmayacaq. Ağılsız hərəkətlər etməsəniz, hər şey ən yaxşı şəkildə yoluna düşəcək.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »