Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Maskın sərvəti ilk dəfə olaraq 200 milyard dolları keçib
Elon Mask

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu Elon Maskın sərvəti ilk dəfə olaraq 200 milyard dolları keçib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hesablama aparan “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb.

10 yanvar tarixinə olan məlumata əsasən, Maskın sərvəti 14,5 milyard dollar artaraq 209 milyard dollara çatıb.

Yanvar ayının əvvəlində Mask “Amazon”un yaradıcısı Ceff Bezosu geridə qoyaraq, ilk dəfə dünyanın ən varlı adamları siyahısında 1-ci yerə yüksəlib. Həmin ərəfədə E.Maskın sərvəti 195 milyard dollara qədər artmışdı və Bezos 185 milyard dollarlıq kapitalla ikinci yerdə qərarlaşmalı olub. C.Bezos 2017-ci ildən bəri 1-ci yerdə idi.

Bu dinamika “Tesla” şirkətinin səhmlərinin qiymətinin artımı ilə əlaqələndirilir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »