Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 10 yanvar, 2021
Bürclər

Bizimyol.info 10 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Tələsməyin və diqqətli olun. Bu sizə problemlərdən qurtarmaq, xoş bir gün keçirmək üçün kifayətdir. Aldığınız xəbərləri yoxlamağa dəyər. Unutmayın ki, başqaları sizi özü də bilmədən səhv yönləndirə bilər. Detallara diqqət yetirsəniz, səhv etməyəcəksiniz.

Çoxdan planlaşdırılan alış-verişi edə bilərsiniz, sevdiklərinizi məmnun etməyə çalışın. Bu gün iş və karyera inkişafı ilə bağlı vacib qərarlar verməyiniz mümkündür.

Qoç bürcü Qoç bürcü

Buğa - Özünüzü çox da yormayın. Bu gün aktivliyi azaltmaq, dincəlmək və özünüzə baxmaq sizin üçün faydalı olacaq. Bəzi Buğalar tək qalmaq istəyəcək. Bu, düşüncələrdə və hisslərdə hər şeyi qaydasına salmağa kömək edəcək və gələcək planlar barədə sakitcə düşünməyə imkan verəcək. Tez-tez özünüzü daha gümrah və enerjili hiss etmək üçün qısa bir fasilə vermək kifayətdir.

Günün ikinci yarısı gözlənilməz nağd pul daxilolmaları, xoş sürprizlərlə sizi sevindirəcək. Tərəddüd etmədən qəbul edəcəyiniz təkliflər istisna deyil. Və şübhəsiz ki, peşman olmayacaqsınız.

Əkizlər - Heç bir şeydən narahat olmayın. Bu gün bəzi problemlər və çətinliklər ola bilər, ancaq göründüyü qədər də ciddi deyillər. Əgər diribaşlıq nümayiş etdirsəniz və təxəyyülə sərbəstlik versəniz, bütün maneələri aşa bilərsiniz.

Günün ikinci yarısı yaxınlarınızla bağlı xoş xəbərlərə sevinə bilərsiniz. Ailə planları, gündəlik problemlərin həlli ilə bağlı fikirlər ortaya çıxacaq. Gözlənilməz mənbələrdən daxilolmalar, pul almaq və ya qazanmaq fürsətləri yaranacaq.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Gözəl bir gündür. Ümidverici və ruhlandırıcı hadisələr baş verə bilər. Güclü rəqiblərlə qarşılaşmaqdan çəkinməyin: Onlara qalib gəlmək üçün hər cür şansınız var. Köhnə dostlar və tanışlar kömək edəcəklər. Yeni tanışların da dəstəyinə arxalana bilərsiniz. Əvvəllər küsülü olduğunuz adamlarla barışmağınız da mümkündür.

Ciddi alış-verişlər, böyük əməliyyatların aparılması üçün əlverişli gündür. Sürətli qazanc vəd edən iş təklifləri istisna deyil. Bəzi Xərçənglər əvvəllər onları çaşdıran peşə problemlərini həll etməyi bacaracaqlar.

Şir - Ciddi və qətiyyətli bir əhval-ruhiyyəyə köklənin. Günün uğurlu olması özünüzdən asılıdır. Hər hansı bir işdə şansa deyil, öz gücününüzə güvənmək daha yaxşıdır. Etibarlı tərəfdaşlardan, köhnə tanışlardan kömək istəyə bilərsiniz. Yaxşı tanımadığınız adamlara etibar etməyin.

Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Bu gün ulduzlar sizin tərəfinizdədir və şans öz ayağı ilə hüzurunuza gəlib, sadəcə, onu qaçırmayın. Romantik sürprizlər də daxil olmaqla xoş anlar yaşaya bilərsiniz. Bəzi Şirlər həyatlarında böyük dəyişikliklərə başlamaq istiqamətində uğurlu qərarlar verəcəklər.

Qız bürcü Qız bürcü

Qız - Bəzi çətinliklər yarana bilər, amma onları aradan qaldıracağınıza şübhə yoxdur. Nikbinsiniz və özünüzə inamınızı itirmirsiniz, hətta çətin vəziyyətlərdə də...

Dostlar və iş yoldaşlarınız sizi hər məsələdə dəstəkləməyə, ən güclü xəyallarınızı həyata keçirməkdə kömək etməyə hazırdırlar.

Romantik bir hekayənin başlanğıcı istisna deyil. Yeni münasibətlər qeyri-adi bir şəkildə inkişaf edə və sürətlə ciddi münasibətlərə çevrilə bilər.

Tərəzi - Qeyri-rəsmi atmosferdə görüşlər üçün əlverişli gündür. Dəstək almaq istədiyiniz adamlarla da görüşə bilərsiniz.

Birgə hərəkət tələb edən planlarla bağlı razılığa gəlmək asan olacaq. Əvvəllər fikir ayrılıqları olsa da, bu gün yəqin ki, aradan qalxacaq. Bəlkə də qeyri-adi dostluqların və ya romantik münasibətlərin başlanğıcıdır. Gün sizə çoxlu sürprizlər gətirəcək.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - İstirahət edin. Bu gün enerji ehtiyatlarını artırmaq lazımdır. Gələcək planların icrasına hazırlaşmaq üçün ən uyğun gündür. Planlar qura, ən incə detallara qədər düşünə bilərsiniz: Bunu çox yaxşı bacarırsınız. Daha əvvəl fərq etmədiyiniz fürsətləri görməyiniz mümkündür. Ancaq hərəkətə keçmək hələ tezdir, əlverişli məqam bir az sonra gələcək.

Bu gün özünüzü və yaxınlarınızı necə məmnun edəcəyinizi düşünün. Günü maraqlı işlərlə doldurmaq asan olacaq. Bəzi Əqrəblər köhnə hobbilərini xatırlayacaqlar və yenidən onlardan zövq alacaqlar.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Narahat bir gündür. Bir çox hadisələr baş verəcək və gələcək planlarınızı yenidən nəzərdən keçirməyə məcbur edən xəbərlər ala bilərsiniz. Bu hallarda əsəbi olmayın, intuisiyanızı dinləyin və başqalarının hərəkətlərini təkrarlamağa çalışmayın. Öz qərarlarınız adətən, başqa insanların qərarlarından daha yaxşıdır.

Bu gün bir çox Oxatanlar əvvəl qazandıqları təcrübədən faydalanacaqlar. Bunu vaxtında düşünün və tez bir zamanda hədəfə doğru yolu tapacaqsınız. Köhnə tanışlardan biri ilə bağlı xəbərlər sizi yaxşı mənada təəccübləndirəcək. Köhnə dostlar maraqlı ideyalar verəcəklər.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Gün uzaqdan gələn yaxşı xəbərlə başlaya bilər. Bürcün bəzi nümayəndələri çoxdan gözlənilən xəbərləri alaraq məmnuniyyət hissi ilə yola davam edəcəklər. Əhəmiyyətli məbləğdə pul gəliriniz ola bilər.

Bəzi ailə problemlərini həll etmək, çətin vəziyyətdə olan yaxınlarınıza kömək etmək fürsəti yaranacaq. Çoxları məsləhətlərinizə qulaq asacaqlar.

Günortadan sonra gözlənilməz ziyarətlər istisna deyil. Onlara çox sevinəcəksiniz. Qonaqlar xoş xəbər gətirəcək, sizi ruhlandıran təkliflər verəcəklər.

Dolça - Sizi parlaq, hərəkətli və maraqlı bir gün gözləyir. Çətin olsa da, məhsuldar bir gün yaşayacaqsınız. Yorğunluq hiss qarşısında bəzi işləri sonraya təxirə salmaq istəyəcəksiniz.

Gələcək üçün planlar qurub tərəfdaşlarınızla müzakirə edə, ortaq layihələr barədə razılığa gələ bilərsiniz. Bugünkü ideyaların heç də hamısı istədiyiniz kimi sürətli şəkildə həyata keçməyəcək, amma səbr etsəniz, hər şey yaxşı olacaq.

Nə qədər hərəkətli olsanız da, istirahət üçün də mütləq vaxtınız olacaq. Sakit bir atmosferdə gələcək üçün planlar barədə düşünə bilərsiniz. Bütün şübhələri atın bir kənara və uğura inanın.

Balıq bürcü Balıq bürcü

Balıq - Uğurlu və xeyirli gündür. Bir çox problemlər düşündüyünüzdən daha asan həll olunacaq. İşgüzar danışıqlar gərgin keçə bilər, amma inadkarlıqla yolunuza davam edib hədəfə çata biləcəksiniz. Yeni tərəfdaşlar və dostlar tapmaq, yaxın vaxtlarda birlikdə mühüm layihələrə imza atacağınız həmfikir insanlarla tanış olmaq şansı yaxalayacaqsınız.

Günortadan sonra alış-veriş etmək yaxşıdır. Xırdalıqlara pul xərcləməyin, uzun müddət sizi məmnun edəcək şeyləri seçin. Böyük satınalmalar çox uğurlu olacaq.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »