Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Arutyunyan Qarabağdakı əmlakını il yarım əvvəl satıb" - Qalmaqallı ittiham
Araik Aratunyan

Ermənistanın Vatikandakı keçmiş səfiri bildirib ki, baş nazir Nikol Paşinyan ətrafındakı insanlara qarşı kompromatlardan istifadə edərək onları susdurur. O bildirib ki, Qarabağdakı "hakimiyyət" nümayəndələri də bu oyunlarda iştirak edib və əvvəldən xəbərdar olan Araik Arutyunyan və digərləri oradakı əmlakını qabaqcadan ucuz qiymətə satıb.

"Ermənistanın Baş naziri Nikol Paşinyan 1,5 il əvvəl Qarabağın "prezidenti" Araik Arutyunyana gözlənilən qarşıdurma və ərazilərin təslim olunması barədə xəbərdarlıq edib".

Bizimyol.info xəbər verir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bu barədə sosial şəbəkə hesabında yazıb.

Mikael Minasyan Mikael Minasyan

Minasyan iddia edib ki, hakimiyyətə gəldiyi andan etibarən Paşinyan Milli Təhlükəsizlik Xidmətindən (MTX) ətrafındakı hər kəsə qarşı kompromat məlumatlar təqdim etməsini tələb edib: "MTX bundan imtina edib, amma sonradan Paşinyan istədiyinə nail olub. Bundan xəbər tutan Araik Harutyunyan spiker Ararat Mirzoyan vasitəsilə Paşinyana xəbər göndərib ki, onun əməlləri barədə susmaq müqabilində onun bütün tələblərinə əməl etməyə hazırdır. Paşinyan razılıq verib, bundan sonra Arutyunyan və Mirzoyan Romaya gedərək detalları orada müzakirə ediblər. Yeri gəlmişkən, iclasda bir iş adamı da iştirak edib.

Bundan sonra Paşinyan, Mirzoyan, Arutyunyan və Kamo Ağacanyan arasında görüş keçirilib, burada "dqr prezidenti"nə əraziləri təslim etmə planları barədə danışıblar. Sonra o, prosesə qoşulub və nələrin baş verdiyini bilib. Buna görə də o və Ağacanyan Qarabağda özlərinə məxsus olan hər şeyi satıblar. Cəbrayıl, Füzuli və Hadrut bölgələrindəki əmlaklarını da satıblar. Yeri gəlmişkən, Hadrutdakı bağlar yarı qiymətə satılıb və Harutyunyan şəxsən alıcılara vəsait tapmaqda kömək edib".

Nikol və Anna Paşinyan Nikol və Anna Paşinyan

Keçmiş səfir əlavə edib ki, indi də Paşinyan aldığı kompromatlardan istifadə etməyə davam edir və komandasının üzvlərini, eləcə də müavinlərini öz yanında saxlayır: "Müavini və atası vasitəsilə yolların asfaltlanmasına ayrılan pullardan "otkat" alan ərazi idarəetmə naziri Suren Papikyana qarşı da bir iş var. Papikyan yalnız bir razılaşmadan 450 milyon dram (təxminən bir milyon dollar) alıb. Hətta Paşinyanın arvadının qardaşı Hraçya Hakobyana qarşı da hüquq-mühafizə orqanlarında iş açılıb".

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

Qeyd edək ki, Ermənistanda müxalifət qüvvələri və cəmiyyətin bir hissəsi hökumətin hərəkətlərini milli maraqlara xəyanət kimi qiymətləndirir və paytaxtda bu günə qədər davam edən etiraz aksiyalarına başlayıblar.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »