Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pyotr Lyukimson: “Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib”
Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik

Yaxın Şərqdə yeni geosiyasi üçbucaq formalaşır: Türkiyə-İsrail-Birləşmiş Ərəb Əmirlikləri. Bu yaxınlarda Azərbaycanın Qarabağın azad edilməsi uğrunda apardığı Vətən müharibəsi də Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasına təsir göstərdi.

Bu barədə “Modern Diplomacy” nəşri yazıb. Nəşr həmçinin ermənilərin Türkiyə və İsraildən Azərbaycana silah təchizatı şəklində verilən əhəmiyyətli töhfə sayəsində məğlub olduqlarını qeyd edib.

Öz növbəsində məşhur şərqşünas Aleksandr Knyazev Ankara və Təl-Əvivin Azərbaycanın müttəfiqi olduğu qeyd edib. Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında məlum ziddiyyətlərə baxmayaraq, bir çox sahədə maraqları üst-üstə düşür və imkanları bir-birini tamamlayır.

Bir çox beynəlxalq mətbuat orqanları bildirib ki, Bakı Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasına öz töhfəsini verir. İsrail analitiki, yazıçı Pyotr Lyukimsonun media.az-a verdiyi müsahibəsində dediyi kimi, Azərbaycanın vasitəçi rolunu oynaması onu heç təəccübləndirməyib:

Pyotr Lyukimson Pyotr Lyukimson

“Bakı həm Türkiyə, həm də İsraillə mehriban münasibətlərdə maraqlıdır. Bundan əlavə Azərbaycan İsraillə ərəb ölkələri arasında əlaqələrə töhfə verib. Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreynlə yeni münasibətlər yaranmağa başladı. Son dərəcə zəruri olan bu prosesdə müsbət rol oynadığı üçün Azərbaycana təşəkkür edirəm. Əslində qarşıdurma heç kimə lazım deyil”.

“Türkiyəyə gəldikdə isə Ankara ilə əvvəllər əlaqələrimiz əla idi, lakin son illərdə gərginlik yaranıb. Eyni zamanda qeyd etmək istərdim ki, iqtisadi əlaqələr səngiməyib. Təkcə hər iki istiqamətdə böyüyən idxal və ixrac göstəricilərinə baxmaq kifayətdir. Beləliklə, söhbət sadəcə siyasi böhrandan gedirdi. İsrail ilə Türkiyə arasındakı münasibətlər tamamilə bərpa olunarsa, möhtəşəm olacaq. Ancaq bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Ancaq xalqlarımız arasındakı münasibətlər həmişə dostluq xarakterli olub. İnanıram ki, bu şəkildə də qalacaq”, - deyə Pyotr Lyukimson bildirib.

- Bir çox mütəxəssislər İsrail və Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə əvvəllər bağlanmış müqavilələrdə nəzərdə tutulmuş silah tədarükünü dayandırmadan Azərbaycanın müttəfiqinə çevrildiyini qeyd edir.

- Sözsüz ki, Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib. Bu ilk hal deyil, biz həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsində də müttəfiqik. Xatırlatmaq istəyirəm ki, həm erməni, həm də fələstinli terrorçular çox vaxt birgə hərəkət ediblər. Beləliklə, təkrar edirəm, ölkələrimiz arasındakı münasibətlər daha da yaxşılaşacaq, baxmayaraq ki, 10-12 il əvvəlki səviyyəyə hələlik çatmayacaq.

- Bu yaxınlarda İsrailin Türkiyədəki keçmiş səfiri Pini Avivi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə bağlı açıqlamasının çox böyük əhəmiyyətə malik olduğunu bildirdi...

- Pini Avivi ilə tanışam. Ciddi diplomat və politoloqdur, həmişə nə danışdığını bilir. Türkiyəni də İsraildəki hər kəsdən daha yaxşı tanıyır. Türkiyə Prezidentinin İsraillə münasibətləri yaxşılaşdırmaq niyyətini dilə gətirməsi şübhəsiz vacibdir. İsraildə də, məsələn, protokol səviyyəsində səhv buraxıldığını anlamalıyıq. Şərqdə isə bu çox vacibdir. İndi vəziyyəti düzəltməliyik. Bu prosesdə Bakının rolu, şübhəsiz ki, müsbətdir və biz bunu artıq hiss edirik. Ümumiyyətlə, Azərbaycan Yaxın və Orta Şərqdə müsbət rol oynayır.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »