Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müxalifət "istefa" desə də, hakimiyyətə gəlmək istəmir" - Ermənistan mətbuatı
İlham Əliyev, Nikol Paşinyan

Ermənistanda müxalifət və müxtəlif analitiklər açıqlamalar verərək baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Amma deyəsən, Ermənistanda hamı başa düşür ki, əslində müxalifət hakimiyyətə gəlmək istəmir. Hər halda ən azı hazırkı mərhələdə hakimiyyətə gəlib özünü birdəfəlik sıradan çıxarmaq fikrində deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sputnik Armenia" nəşri yazıb. Nəşr hesab edir ki, müxalifət hay-küy salsa da, əslində indiki şəraitdə proseslərin qarşısını almağın mümkün olmadığını başa düşür. Müəllifin fikrincə, yanvarın 11-də Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı əlavə güzəştlərə imza atacaq və müxalifət hay-küy salsa da, real olaraq hakimiyyətə can atmayacaq.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

Nəşr yazır: "Müxalifət haradadır? Ötən ilin sonlarında bir neçə uğursuz mitinq və yürüşlər keçirən müxalifət nəzərəçarpacaq dərəcədə geri çəkilib. İrəvanın mərkəzi meydanında bir neçə çadır və ayrı-ayrı siyasətçilərin açıqlamalarından başqa müxalifət qüvvələri heç yerdə qəti addımlar atmır.

Bu passivliyin iki izahı ola bilər. Birincisi, müxalifətin on minlərlə insanı küçələrə çıxarmaq və hökuməti istefaya məcbur etmək üçün lazımi qədər gücü yoxdur. İkincisi, müxalifətin mövcud vəziyyəti düzəltmək üçün konkret fəaliyyət planı yoxdur və başa düşür ki, hazırkı rəhbərliyin yerində olsalar belə, üçtərəfli bəyanatın tələblərini itaətkarlıqla yerinə yetirməli və o bəyanatdan irəli gələn sənədləri imzalamalıdırlar, çünki başqa çıxış yolu yoxdur.

Əgər belədirsə, onda niyə hakimiyyətə can atırsınız? Paşinyanın bütün çirkli işləri sona qədər yerinə yetirməsinə icazə vermək daha yaxşı deyilmi? Bu, nəticədə müxalifətin “Nikol xaindir” şüarının böyüməsinə, hakimiyyət əleyhdarlarının sayının artmasına gətirib çıxaracaq. Bununla da müxalifət təslimçilik işini davam etdirənlərin arzuolunmaz taleyindən də yayına biləcəklər.

Bəlkə də danışıqlardan və Moskvada müəyyən sənədlərin imzalanmasından sonra (təbii ki, bu baş verərsə), İrəvanda etiraz hərəkatının yeni bir dalğasını görəcəyik. Müxalifətçilər yenidən yüksək səslə vətəndaşları meydana çağıracaq, hakimiyyəti çox sərt şəkildə tənqid edəcək və onları milli maraqlara xəyanət etməkdə günahlandıracaqlar.

Dərin böhrandan çıxış yolu üçün konkret seçim təklif etmədən Paşinyanı "günah keçisi"nə çevirmək çox asan işdir. Baş nazir özü bu riski başa düşür.

Bu həlledici məqamda Ermənistan prezidentinin xəstələnməsi də diqqət çəkir. Qarabağla bağlı üçtərəfli bəyanatdan sonra Armen Sarkisyan demişdi ki, bu barədə mətbuatdan oxuyub. Yəqin bu dəfə də həqiqətləri İngiltərə mətbuatından öyrənər, axı hazırda o, Londondadır.

Armen Sarkisyan Armen Sarkisyan

Bəs Ermənstan xalqı hansı süçimi edəcək? Azərbaycanda Qarabağdakı əməliyyatı “Dəmir yumruq” adlanırıblar. Hələ Sovet dövründə Ermənistan bir çox məşhur idmançı yetişdirən boks məktəbi ilə məşhur idi. Bildiyiniz kimi, boksda nokaut zərbəsi vuran deyil, onu uğurla qəbul edən, yəni daha güclü çənələrə sahib olanlar güclü sayılır. Vladimir Vısotskinin bir vaxtlar oxuduğu mahnıdakı kimi - "hakim mənim əlimi qaldırdı, o əlimlə döyməmişdim". Təəssüf ki, Ermənistandakı elita çənələrinin "şüşədən" olduğunu nümayiş etdirir. Hakimiyyət və müxalifətin vəziyyəti düzəldə bilməməsi isə cəmiyyəti mənəvi cəhətdən daha da aşağı endirir".

Paylaş »
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
Son xəbərlər
Bütün xəbərlər »