Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Son günlər Azərbaycandan Rusiya üçün pis xəbərlər gəlir" - Ariel Koen
Kreml, Moskva, Rusiya

Amerikanın dünyaca məşhur politoloqu Ariel Koen Rusiya üçün Azərbaycandan pis xəbərlərin gəldiyini bildirib.

Bizimyol.info xəbər verir ki, politoloq bu barədə nüfuzlu "Forbes" jurnalında məqalə ilə çıxış edib. Onun fikrincə, son günlər Azərbaycandan Rusiya üçün pis xəbərlər gəlir.

A.Koen hesab edir ki, indi Azərbaycandan Qərbi Avropaya axan qaz Moskva üçün ciddi risklər yaradır.

Ariel Koen, ABŞ politoloqu Ariel Koen, ABŞ politoloqu

Cənub Qaz Dəhlizi layihəsi rəsmi olaraq 2020-ci ilin son günü, Azərbaycanın neft və qaz şirkəti SOCAR-ın Şahdəniz yatağından İtaliyanın Adriatik sahilindəki Melendunyo şəhərinə ilk kommersiya qaz ixracını elan etdiyi vaxtdan başladı.

3500 kilometrlik boru kəməri layihəsi üç alt boru kəməri marşrutundan ibarətdir - Cənubi Qafqaz Qaz Boru Kəməri, TransAnadolu (TANAP) və TransAdriatik (TAP).  İldə 16 milyard kubmetr qaz ixracı nəzərdə tutulur. Bu ixracın 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə Avropa alacaq.

2013-cü ildən bəri, Cənub Qaz Dəhlizi Rusiyadan həm təbii qaz, həm də neft ixracı baxımından asılı vəziyyətdə qalan Avropa üçün çox ehtiyac duyulan alternativ enerji layihəsi olaraq qəbul edilir. 2020-ci ilin birinci rübündə Avropa Birliyinə təbii qaz idxalının təxminən dörddə üçü və xam neft idxalının təxminən üçdə biri Rusiya tərəfindən təmin edilib.

SOCAR Tower, Bakı, Azərbaycan SOCAR Tower, Bakı, Azərbaycan

Azərbaycan layihəsi yaxın 25 il ərzində hər il Avropa ölkələrinə on milyard kubmetrdən çox qaz tədarük edəcək. Bu 10 milyardın 8-i İtaliyaya, 2 milyardı Yunanıstan və Bolqarıstana ixrac ediləcək.

Bolqarıstanın keçmiş iqtisadiyyat, enerji və turizm naziri Assen Vasilyevin sözlərinə görə, layihənin başa çatması "təkcə Cənub-Şərqi Avropa üçün deyil, bütövlükdə Avropa Birliyi üçün də qaz mənbələrinin şaxələndirilməsinə doğru atılan bir addım olacaq".

"Qazprom"un ənənəvi ixrac həcmləri ilə yanaşı indi əlavə olaraq Azərbaycan qazı artıq TAP boru kəməri vasitəsilə Avropaya çatdırılır: "Cənub Qaz Dəhlizi Avropa Birliyi üçün qaz idxalını əhəmiyyətli dərəcədə şaxələndirmək potensialına malikdir. Çünki Şərqi Aralıq dənizindəki potensial yataqlardan, Yunanıstan və Türkiyədəki LNG terminallarından qazın sürətli bir şəkildə Avropa bazarlarına çatdırılması imkanı yaradır",- Ariel Koen yazır.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »