Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib
Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və  tibbi ləvazimatlar təhvil verilib.

Bizimyol.info xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, aksiya ötən ilin sentyabr ayının 28-dən  etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin

icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.

Belə ki,  gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürülmüş 4 743 276.30  manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414,0  manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli şəxslərinə təhvil verilib.

Proses Azərbaycan Respublikası Baş Prokurorluğunun  əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "SMS" icazə ləğv olunur
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
Son xəbərlər
Bütün xəbərlər »