Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda 11 yanvar həyəcanı: Əliyev-Paşinyan görüşündə nə baş verəcək...
İlham Əliyev, Nikol Paşinyan

Gözlənilən görüşlə bağlı tərəflərin heç biri rəsmi açıqlama verməyib.

Bununla belə, yanvarın 11-də Moskvada keçirilməsi gözlənilən görüşün detalları ilə bağlı açıqlamalar gəlməkdə davam edir. Təbii ki, əsasən Ermənistan müxalifəti və analitiklərindən...

Bizimyol.info xəbər verir ki, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Hər kəsə gün kimi aydındır ki, görüş heç də hal-əhval tutmaq üçün keçirilmir. Belə bir görüş mütləq ciddi məsələlərlə bağlı müzakirələr və razlaşmalar üçündür. Bəs bu görüşün məqsədi nədir?

Ermənistanda hazırda ən qızğın müzakirə mövzusu da elə budur. Bir neçə gün əvvəl mövzu daha yumşaq tonda müzakirə edilirdi. Amma İlham Əliyevin Ermənistana sonuncu xəbərdarlığı və orada 44 gün ərzində yaxşı tanınmış "dəmir yumruğu" yenidən göstərməsi həyəcanı daha da artırıb.

10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının xəritə oyunbazlığı ilə və ya "tort mərasimləri" ilə yaratdıqları illüziya artıq dağılıb. Bu vaxta qədər Ermənistanda belə bir rəy yaranmışdı ki, Qarabağ artıq Rusiyanın tam nəzarətindədir və Azərbaycanın bu ərazilərə təsir imkanı yoxdur. Rəsmi Bakı isə əlavə gərginlik yaranmasın deyə bir çox hallarda Qarabağda baş verənlərin üstündən sükutla keçirdi. Təbii ki, arxa planda öz sözünü deyirdi və "xəritə qalmaqallarından" birində biz bunun şahidi olduq.

Ara Ayvazyan Ara Ayvazyan

Nəhayət, Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz olaraq Xankəndiyə səfər etməsi rəsmi Bakıya kimin kim olduğunu göstərmək üçün fürsət verdi. Prezident İlham Əliyev həm sülhməramlıların fəaliyyətini açıq şəkildə tənqid etdi, həm Xankəndinin Azərbaycan əraziləri olduğu xatırlatdı, həm Qarabağa icazəsiz səfərlərə embarqo qoydu, həm də 44 günlük prosesin yenidən davam edə biləcəyini vurğulayaraq yumruğunu Ermənistana göstərdi...

Bu açıqlamalardan sonra Ermənistanda 11 yanvar gözləntiləri daha da bədbinləşib. Hazırda Ermənistanda deputatlar, keçmiş hökumət üzvləri və analitiklərin iki variantı gündəmdədir: Yaxın planda Ermənistan qüvvələri Qarabağdan çıxarılacaq, strateji planda isə Mehri şəhəri və ətrafı Azərbaycana veriləcək.

Mikael Minasyan Mikael Minasyan

Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyanın son açıqlamasına görə, Azərbycanın hazırda 3 şərti var: Ermənistan Qüvvələri Qarabağdan çıxarılmalıdır, Ermənistanın vəzifəli şəxsləri ora yalnız rəsmi Bakının icazəsi ilə gedə bilər, Qarabağda idarəetmə vəzifələrinə şəxslər Azərbaycan və Rusiya sülhməramlıları ilə razılaşdırılmalıdır - Ermənistan bu prosesdə iştirak etməməlidir.

Amma bu açıqlamanın ardından Minasyan daha bir bəyanatla çıxış edib. Dünən günün birinci yarısında Paşinyan Naxçıvan dəhlizi ilə bağlı açıqlama verib və bildirib ki, bütün kommunikasiyalar əsirlərin mübadiləsi başa çatandan sonra açıla bilər. Minasyan isə bu açıqlamanı "deşifrə" etdiyini bildirərək yazıb ki, Paşinyan Azərbaycana yalvarır. Onun sözlərinə görə, Paşinyan bununla demək istəyib ki, heç olmasa, əsirləri qaytarın, sonra nəyə desəniz, imza ataram. Sabiq səfir daha əvvəlki "bədbin" açıqlamasına daha ciddi bir bənd də əlavə edib. Onun sözlərinə görə, "Mehri Azərbaycana veriləcək": "Amma Mehri bizim üçün Qarabağdan daha önəmlidir. Mehrinin dəhliz adı altında Azərbaycana verilməsi nəticəsində Azərbaycan və Türkiyə quruda birləşmək imkanı qazanacaq və daha da güclənəcək".

Qarnik İsaqulyan Qarnik İsaqulyan

Qeyd edək ki, Zəngəzurla bağlı "həyəcanlı" xəbərlər başqa mənbələrdən də gəlir. Məsələn, Ermənistanın “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan bir neçə gün əvvəl mətbuat konfransı keçirərək iddia etmişdi ki, Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq: "Qarabağın əvəzində Azərbaycana Zəngəzurdan təminən 2400 kv. km ərazi veriləcək".

"Ayatsk" analitik mərkəzinin direktoru Anna Karapetyan da 11 yanvar görüşündən öz ölkəsi üçün yaxşı bir şey gözləmir. Onun fikrincə, Paşinyan bəzi "arzuolunmaz" sənədlərə imza atacaq. Karapetyanın bildirdiyinə görə, Paşinyan 3 məsələ ilə bağlı sənədləri imzalayacaq: "İlham Əliyevlə görüşdə Paşinyan bəzi ərazilərin Azərbaycana verilməsi, Naxçıvanla dəhlizin açılması və Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasına dair sənədlərə imza atacaq".

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Şərqşünas Artyom Tonoyan da 11 yanvarda Zəngəzurla bağlı "itkilərin" olacağını düşünür və paytaxtı Zəngəzurun Azərbaycanla sərhədində yerləşən Gorus şəhərinə köçürülməsini təklif edib: "İctimai şüuru olan istənilən cəmiyyət artıq küçələrə tökülüşüb paytaxtın Gorusa köçürülməsini tələb edərdilər. Qoy, hökumət və parlament Gorus şəhərinə köçürülsün və Azərbaycanla sərhəddə təhlükəni birbaşa hiss etsinlər. Ya da istefa versinlər".

Xatırladaq ki, 10 noyabr bəyanatına əsasən, bütün kommunikasiyalar, o cümlədən Azərbaycanın əsas hissəsindən Naxçıvana dəhlizin açılması nəzərdə tutulub.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Ermənistanda getdikcə artan ehtimallara görə, bu dəhliz sadəcə, yol sahəsi olmayacaq və reallıqda Zəngəzurun Mehri şəhəri və ətraf rayonlar Azərbaycana veriləcək.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »