Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni keşiş: Kəndlər Azərbaycana qaytarılsa, yerimiz səngərdə olacaq
Erməni terrorçusu -  monastır rəhbəri

“Birdən Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olduğu ortaya çıxsa, bizim yerimiz səngərdə olacaq”.

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan nəşrlərinin yaydığı məlumata görə, bu sözləri Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan söyləyib.

Üzdəniraq erməni keşiş son günlər “Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olması” haqda söz-söhbətlərin bütün erməni din xadimləri və əhalinin narahat olduğunu ifadə edib.

İşğalçı xislətli erməni din xadiminin söz açdığı ərazilər 10 Noyabr razılaşmasına əsasən Qazax rayonunun Azərbaycana qaytarılmalı olan 7 kəndidir.

Xatırladaq ki, Qazax rayonunun işğalda qalan kəndləri bunlardır:

Bağanis Ayrım – 24.03.1990

Xeyrimli – 08.03.1992

Aşağı Əskipara – 12.03.1992

Barxudarlı – 27.04.1992

Sofulu – 27.04.1992

Qızılhacılı - 11.05.1992

Yuxarı Əskipara – 08.06.1992

Göründüyü kimi, Bağanis-Ayrım kəndi artıq 31 ilə yaxındır ki, işğal altındadır.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
Son xəbərlər
Bütün xəbərlər »