Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan nümayəndə heyəti Qazaxıstanda seçkiləri müşahidə edəcək
Arzu Nağıyev

Qazaxıstanda yanvarın 10-da keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası Assambleyasının tərkibində olan Azərbaycan nümayəndə heyəti bu ölkədə bir sıra görüşlər keçirib.

Bu barədə Trend-ə açıqlamasında nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti seçkilərdə iştirak edən Qazaxıstanın bir neçə partiyasının əməkdaşları ilə görüşüb: "Qazaxıstanın Xalq Demokratik Partiyası, AUİL və Xalq partiyalarının nümayəndələri ilə görüşlər keçirdik. Həmçinin burada MDB Parlamentlərarası Assmableyasının tərkibində Qazaxıstanda parlament seçkilərini izləmək üçün gələn nümayəndə heyətlərinin iclası da keçirildi. Bundan başqa Nur-atan Partiyası, ASAU və digər partiyalarla, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər planlaşdırılır. Bizim nümayəndə heyəti əsasən Nursultan şəhəri və Baykanur rayonunda bir neçə seçki mənbtəqəsində müşahidə aparacaq".

A.Nağıyev bildirib ki, ölkədə seçkiöncəsi vəziyyət sabitdir: "Hazırda ölkədə seçki prosesi sakit keçir, vəziyyət normaldır. Prosesi izləmək üçün təkcə MDB Parlamentlərarası Assambleyasının deyil, digər beynəlxalq qurumlardan da xeyli sayda müşahidəçilər bu ölkəyə gəliblər və seçki prosesini izləyirlər. Türk Parlament Assambleyası, onlarla xarici dövlətlərin müşahidə missiyası və müstəqil müşahidəçilər Qazaxıstandadırlar. MDB Parlamentlərarası Assambleyası yanvarın 11-də saat 15:00-da müşahidələrin yekunları barədə mətbuat konfransı keçirəcək".

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »