Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diktatorların həyatındakı qadınlar, yaxud bacısı qızını yoldan çıxaran xalq lideri
Qadın, zorlama, depressiya

Diktatorların həyat tərzi bütün dövrlərdə insanlar üçün maraqlı olub. Onların az qala hamısı haqda kitablar yazılıb.

Fransız publisist Diana Dükre də bu sıraya qoşulub.

Bizimyol.info xəbər verir ki, “Die Welt” diktatorların qadınlarından yazıb. Dükrenin və başqa yazıçıların kitablarından ən maraqlı hissələr oxuculara təqdim olunub.

Fransız yazar İkinci Dünya Müharibəsinin başlamasının əsas səbəbkarı sayılan Adolf Hitlerin qadınlarına xüsusi yer verib. Ona vurulanlar çox olub. Məsələn, xanım Kloze Hitlerə şeir həsr etmişdi. Sətirlərin ilk hərflərini ard-arda düzəndə “Adolf Hitler” alınırdı. Amma şeiri “yuxarı” göndərəndə Klozeyə müsbət cavab verməmişdilər. Ona demişdilər ki, fürer şəxsiyyətə pərəstişə isti yanaşmır. Bu addım xanım Klozenin gözündə qəhrəmanını bir az da yüksəltmişdi.

Adolf Hitler Adolf Hitler

Hitlerin başına çox qadın fırlanırmış. Fridel S. məktubunda açıq mətnlə yazırdı ki, fürerdən uşaq dünyaya gətirmək istəyir.

Hitlerin ən böyük günahlarından biri bacısı qızını yoldan çıxarması olub. Onun Angelika Raubal ilə uzun müddət münasibət saxladığı bildirilir. Qız məhz Hitlerin üzündən həyatını intiharla bitirib.

Mao Tszedun tarixdə həm də şəxsi gigiyenasına fikir verməyən insan kimi qalıb. Çinin rəhbəri aylarla çimmirmiş. Dişlərini o qədər yumurmuş ki, yaşıl qat əmələ gəlibmiş. Ona gigiyena ilə bağlı sual verəndə Mao belə deyib: “Mən qadın içində üzürəm”.

Tszedun qadınları təkcə gözəlliyinə görə seçmirmiş. Onun həyatında yer almaq üçün yazıçı və ya pianoçu olmaq vacib imiş.

İtalyan yazıçı Marqarita Fatsini Benito Mussolinini Napoleonla müqayisə edirdi. “Duçe” xalqla və qadınlarla necə davranmaq lazım olduğunu yaxşı bilirdi. Mussolinin çoxsaylı qadınlarının arasında ukraynalı gözəl Anjelika Balabanova xüsusi yer tuturdu. 36 yaşlı qadın hələ Mussolini gənc müəllim olanda ona qayğı göstərirdi. “Avanti” qəzetinin buraxılmasında Benitoya az köməyi dəyməmişdi.

Rumıniya diktatoru Nikolae Çauşeskunun arvadı Yelena bütün müstəvilərdə sədaqətli olub. O, həyat yoldaşının istənilən kaprizinə dözürmüş. Yelena Çauşesku ərinin görüşdüyü qadınları ciddi nəzarətdə saxlayırmış ki, heç kim ölkə rəhbərindən uşaq dünyaya gətirməsin.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »