Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minasyan: “Azərbaycan daha 3 şərt irəli sürüb”
İlham Əliyev, Nikol Paşinyan

Ermənistan cəmiyyətinin necə narahatlıq içində yaşamasına əmin olmaq üçün yerli mətbuata göz gəzdirmək kifayətdir.

Məğlub duruma düşən dövlətin sarsılması göz qarşısındadır. Üstəlik, Azərbaycana torpaqların geri qytarılması Ermənistanda ayrıca ağrılı məsələ kimi müzakirə edilir.

Mikael Minasyan Mikael Minasyan

Bizimyol.info xəbər verir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin hüquqi əsasları barədə sosial şəbəkə profilində yazıb. Diplomat Azərbaycanın əlavə tələblərinin olduğunu qeyd edib.

“Rusiya tərəfi razlaşmanı noyabrın 9-da hazırlayıb. Ermənistan imzalayıb, Azərbaycan yox. Çünki Azərbaycan qalib tərəfdir, Paşinyan isə məğlub. Buna görə də Azərbaycan daha 3 şərt irəli sürür.

Birincisi, Ermənistan qoşunları "Artsax"da olmamalıdır, çünki ora Azərbaycan torpağıdır.

İkincisi, Ermənistanın rəsmi şəxsləri ora Azərbaycanın icazəsi ilə getməlidir.

Üçüncüsü, "Artsax"ın özünüidarəetmə orqanları yalnız Azərbaycan tərəfinin və sülhməramlıların razılığı ilə seçilməlidir və ya təyin edilməlidir.

Ermənistan tərəfinin problemi ondadır ki, Azərbaycanın sənəddən qəti gözləntilərini müəyyənləşdirmədən imza atıb. Nikolun Azərbaycanla razılaşdırılmadan imza atması qarşı tərəfə əlavə üstünlüklər, tələblər imkanı verir”.

Minasyan bildirib ki, yanvarın 11-də bu sənəd müzakirə olunmayacaq. Diplomat yeni müzakirə predmetinin olduğunu yazıb.

Xankəndi Xankəndi şəhəri, Azərbaycan

Xatırladaq ki, üçtərəfli razılaşmaya noyabrın 10-da imza atılmışdı. Bununla da 44 günlük əməliyyatlara son qoyulmuşdu.

Minasyan 2013-cü il prezident seçkilərində Serj Sarqsyanın qərargah rəhbəri olub. O, həmin ilin martında Vatikana səfir göndərilmişdi.

Qeyd edək ki, son günlər Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Demarkasiya nəticəsində Ermənistanın müxtəlif vaxtlarda ələ keçirdiyi kəndlər və ərazilər GPS vasitəsilə təsbit edilərək geri qaytarılır. Proses Ermənistanda etirazlara səbəb olub. Müxalifət bildirir ki, Paşinyan Qarabağın əvəzində Zəngəzuru Azərbaycana verəcək.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Bəzi açıqlamalarda iddia edilir ki, yanvarın 11-də Moskvada Əliyev-Paşinyan görüşü zamanı iki ölkə arasında sülh sazişi bağlanacaq və diplomatik əlaqələrin bərpası müzakirə ediləcək. Amma diplomatik əlaqələrin bərpası üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və torpaq iddialarından əl çəkməlidir.

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »