Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Şəhid ailələri və qaziləri diqqət və qayğı ilə əhatə olunmalıdır”
Adil Əliyev

Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra dövlətimizin qarşısında bir neçə prioritet istiqamətlər müəyyən edildi.

Bunlardan biri - işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması sahəsində görüləcək işlərlə bağlıdır. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən lazımi vəsait ayrılıb və tezliklə işğaldan azad edilmiş Vətən torpaqları ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək. Digər önəmli məsələ - vaxtilə doğma el-obalarını tərk etməyə məcbur qalmış köçkün və qaçqın vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıtmasıdır. Həmin insanlar bu tarixi anı 30 ilə yaxındır həsrətlə gözləyirdilər.

İnanırıq ki, dövlətimizin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri, o cümlədən yeni binaların inşası, yolların bərpası, digər infrastrukturun qurulması qısa müddət ərzində yekunlaşacaq. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın apardığı işğalçılıq siyasət, vandal və barbar əməlləri nəticəsində ərazilərimizdəki tarixi, mədəni abidələr vəhşicəsinə talan edilib və dağıdılıb, yaşayiş evləri xarabalığa çevrilib, yollar yararsız hala salınıb, təbiətinə ciddi ziyan vurulub.

İkinci əsas prioritet istiqamət isə ərazilərimizin işğaldan azad edilməsində şücaət göstərmiş, şanlı tariximizin ən parlaq səhifələrini yazmış şəhidlərimizin bizə əmanəti olan ailələrinin qayğılarının həll edilməsidir. 44 günlük müharibə zamanı hər bir Azərbaycan hərbçisinin öz məsuliyyətini dərk edərək üzərinə düşən vəzifələri layiqində yerinə yetirməsi təqdirəlayiqdir. Bu gün şəhid ailələrinin qayğılarının aradan qaldırılması, onların problemlərinin həlli başda Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla, hər bir azərbaycanlının ən ümdə məsələsinə çevrilmişdir. Bu istiqamətdə artıq zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinin təminatlarının artırılması ilə əlaqədar təyin edilmiş ödənişlər 500 manata çatdırılıb. Eyni zamanda, şəhid ailələrinin mənzil qayğılarının həll edilməsi istiqamətində mühüm addımlar atılır. Bununla əlaqədar məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi nəzərdə tutulub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin aidiyyəti üzrə istifadə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ümumilikdə, ölkə başçısının 2020-ci ilin yekunlarına həsr edilmiş konfransında da bildirdiyi kimi, bu vaxta qədər 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Bundan əlavə 1500 şəhid ailəsi üçün də qısa müddətdə evlərin verilməsi nəzərdə tutulub. Bununla da, dövlət həm məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təmin edəcək, həmçinin də şəhid ailələrinin mənzil problemi birdəfəlik həll olunacaq.

Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək şöbələrin yaradılmasıdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə edilmiş dəyişiklik nəticəsində yeni yaradılmış struktur bölmələrin birbaşa təyinatı şəhid ailələri və qazilərimizlə işin təşkil edilməsidir. Bu isə öz növbəsində onların çətinliklərinin qısa müddət ərzində həllinə şərait yaradacaq.

Biz Vətən müharibəsində qazandığımız şanlı qələbəmizi torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların bizə əmanət qoyduğu ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunmalıdır.

Bizimyol.info

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »