Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayvazyanın Xankəndi səfəri Ermənistanı və Rusiyanı çətin duruma saldı
Xankəndi

Prezident İlham Əliyevin sonuncu xəbərdarlığından sonra Ermənistandan qarmaqarışıq açıqlamalar gəlməyə başlayıb.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın qanunsuz olaraq Azərbaycanın Xankəndinə şəhərinə səfər etməsinə cavab olaraq İlham Əlyev sərt xəbərdarlıq edib və gələcəkdə belə hallar təkrarlanarsa, "başqa cür" xəbərdarlıq ediləcəyini bildirib. Dövlət başçısı həmçinin onlara 44 günlük dəhşəti yaddan çıxarmamağı da məsləhət görüb. "Dəmir yumruq yerindədir" deyən Prezident zərurət yaranacağı halda hərbi əməliyyatların da gündəmə gələcəyinə işarə edib.

İlham Əliyev İlham Əliyev

Bizimyol.info xəbər verir ki, Ermənistan mediası bu açıqlamanı "Əliyev yenə Ermənistana yumruq silkələdi" şəklində təqdim edib və cəmiyyətdə də təşviş hiss olunur. Azərbaycan dövlət başçısının Rusiya sülhməramlılarına da vəzifələrini xatırlatması və iradlarını bildirməsi Ermənistan cəmiyyətində çaşqınlıq yaradıb. Bu vaxta qədər Azərbaycanın Rusiyaya etiraz edə bilmədiyi və bilməyəcəyi ilə bağlı qurulan illüziyalar dağılmağa başlayıb. Başqa sözlə, Ayvazyan Xankəndiyə səfər etməklə özü də istəmədən Azərbaycanın "əlinə oynadı".

Həmçinin bu vaxta qədər Ermənistanda belə fikir vardı ki, "Rusiya Qarabağda istədiyini edə bilər və Azərbaycan etiraz edə bilməz". Prezidentin son açıqlamaları göstərdi ki, Azərbaycan zərurət yaranacağı halda sülhməramlıları da çərçivəyə yerləşdirə bilər. Bu mövzuda da Ermənistanda xəyal qırıqlığı yaşanır.

Ara Ayvazyan Ara Ayvazyan

Görünür, elə bu təşvişin böyük etirazlara çevrilməsini önləmək üçün Ermənistanın rəsmi qurumları bir-birinin ardınca açıqlamalar verirlər. Ermənistan XİN iddia edib ki, Ayvazyanın Qarabağa səfəri 10 noyabr bəyanatına zidd deyil, o bəyanatda Ermənistanın "Artsax"la əlaqələrini məhdudlaşdıran bənd və ya Qarabağın statusu barədə maddə yoxdur.

Halbuki elə söhbət də ondan gedir ki, Qarabağın heç bir statusu yoxdur və sadəcə olaraq, Azərbaycan ərazisidir. Ona görə də Ayvazyanın səfəri həm Azərbaycan qanunlarına, həm də beynlxalq hüquqa ziddir, bunun üçün xüsusi əlavə maddəyə ehtiyac yoxdur. Əvvəllər o cür səfərlər olubsa da, sadəcə, Azərbaycan məsələnin Minsk Qrupu çərçivəsində dinc yolla həllinə çalışdığı üçün yumşaq davranırdı. Amma Azərbaycanın qələbəsi reallıqları dəyişib və bundan sonra dövlət sərhədlərinin oyuncağa çevrilməsi ilə razılaşmayacaq.

Nikol Paşinyan Nikol Paşinyan

Baş nazir Nikol Paşinyan da ictimai narazılığın qarşısını almaq üçün sosial şəbəkədə gözə dəyib. Onun açıqlamasında bildirilir ki, Naxçıvan dəhlizi o halda açıla bilər ki, bütün əsirlər qeyd-şərtsiz dəyişdirilsin.

Bu məsələ ilə bağlı Paşinyanın mətbuat katibi Mane Gevorkyan da açıqlama verib. Onun açıqlamasına görə, Azərbaycan Prezidenti yalnız Naxçıvan dəhlizinin açılmasından danışır, amma Ermənistanın Azərbaycan ərazilərindən Rusiya və İrana gediş-gəlişindən danışmır.

Halbuki biz bu açıqlamanın yanlış olduğunu dəqiq bilirik. Çünki Prezident dəfələrlə bildirib və öz qulaqlarımızla eşitmişik ki, istisnasız olaraq regionda bütün kommunikasiyalar açılacaq və 6 ölkə (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) bu yollardan yararlanacaq.

Bununla belə, aydın şəkildə hiss olunur ki, İlham Əliyevin son açıqlamalarından sonra baş nazirin təmsilçisi cəmiyyəti sakitləşdirməyə çalışıb. O öz açıqlamasında əsasən, yeni şəraitdə Ermənistanın əldə edəcəyi mənfəətləri vurğulayıb. Gevorkyan Azərbaycan vasitəsilə Rusiya və İrana daha rahat çıxışın təmin olunacağını və bu vəziyyətin Ermənistanın iqtisadi inkişafına təkan verəcəyini dilə gətirib.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Ermənistan müxalifəti isə əvvəlki kimi populist çıxışlarla xal qazanmağa çalışır. Onlar Azərbaycanın yeni aktiv əməliyyatlara hazırlaşdığını, Paşinyanın Azərbaycanla ərazi mübadiləsinə (Qarabağın əvəzində Zəngəzurdan 2400 kv. km) gedəcəyini, keçmiş SSRİ vaxtında olan sərhədləri rəsmişləşdirəcəyini deyirlər.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »