Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balıq ovu edənlər saxlanılıb
Balıq

Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.

Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »