Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda açılacaq hava limanlarının böyük hərbi əhəmiyyəti olacaq
aeroport

Dünən dövlət başçısının Füzuli rayonu ilə yanaşı Laçın və ya Kəlbəcərdə də hava limanlarının tikiləcəyi barədə xəbərlər cəmiyyət tərəfindən maraqla qarşılandı.

Əksər ekspertlərin vahid rəyinə görə, Füzuli aeroportu hərbi, iqtisadi layihənin tərkib hissəsi olacaq. Laçın və Kəlbərcər aeroportlarının tikintisi isə həm daxili, həm də beynəlxalq turizmin inkişafına imkan verəcək. Nəzərə çatdıraq ki, bir müddət öncə Kəlbəcərdə neft yataqlarının mövcudluğu və bunun hələ Sovet dövründə təsdiqlənməsi barədə məlumat vermişdik, o zaman Kəlbəcər və Laçın yalnız qeyri- neft sektorunun deyil, neft sektorunun da inkişaf etdiyi zonaya çevriləcək.

Hərbi ekspert , ehtiyatda olan polkovnik Vasif Rəsulovun fikrincə Laçın və ya Kəlbəcərdə hava limanının olmağı müharibədən yeni çıxmış və düşmən ölkəylə qonşuluqda yerləşən rayon üçün vacibdir. Bir neçə səbəbdən.

“Birincisi ,hər bir hava limanının olduqca böyük hərbi əhəmiyyəti vardır.

Bilindiyi kimi Laçın və Kəlbəcər rayonları potensial müharibə ocağıdır. Məhz buna görə bu bölgənin nəqliyyat infrastrukturunun bərpası və yeni yolların salınmasının ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir.

İkincisi , Vətən müharibəsindən sonra bütün dünyanın orduları öz arsenalını PUA və Dronlarla təzələyib. Yeni dünyanın müharibələri dronlarla aparılacaq.

Füzulidə onsuz da sovetdən qalan uçuş zolağı var. Bizim Kəlbəcər və yaxud Laçında uçuş zolağı olmayıb. Bu gün üçün istifadə etdiyimiz “Bayraktar TB-2” effektiv idarə məsafəsi 150 km-dir.

Bizə qonşuya nəzarət üçün uçuş zolağı lazımdır. Bayraktar TB2 yeni versiyaları peykdən idarə etmək sitemi ilə buraxilacaq, yəni İstanbulda oturan operator Gəncədəki PUA- ni qaldıra idarə edə biləcək. Sual olunur ki, bəs onda Laçında hava limanı nə üçün gərəklidir? Birncisi döyüş radisu genisləndirilir, ikincisi və ən önəmlisi peyk üzərindən idarə olunan PUA nin idarə etmə kanalına müdaxiləimkanlarını azaltmaq, radio elektron mübarizədə üstünlük qazanmaq üçün. Ruslarin Pole 52 kimi sistemlərindən sığortalanır. Yaxın zamanda bayraktarların yeni nəsli istehsal olunacaq ki, idarə məsafəsi 150 km-dən çox olacaq

Bizə uçuş zolaqları vacibdirı. Gələcəkdə bu hava limanlarından karqo daşımalarda istifadə edib, ciddi fayda götürmək olar. Əgər deyildiyi kimi 6 ölkəni əhatə edən iqtisadi zona yaradılsa və Türkiyədən Çinə nəzərdə tutulmuş quruyol layihəsi reallaşarsa, bu kimi layihələr öz səmərəsini çox tezliklə verəcək.

“Ermənistanın Azərbaycanla həmsərhəd olan Mehri, Qafan, Gorus, Sisian və Cermux rayonlarının hər birində hava limanı mövcuddur. Qeyd olunan rayonların əhalisinin ümumi sayı tək Laçınla-Kəlbəcərin əhalisinin yarısından biraz çoxdur. Laçında niyə olmasın?

Bəllidir ki, dövlət işğaldan azad olunan bölgələrin bərpası üçün investisiya qoyacaq.

Bölgədə tez bir zamanda infrastruktrunun formalaşması, həm məskunlaşmanı, həm də investisiya qoyuluşlarını stimullaşdırmaq üçün, bütün növ nəqliyyat növlərinin formalaşdırılması olduqca vacib addımdır. Nəzərə alaq ki, hava və dəmir yolları yalnız sərnişindaşıma üçün deyil, eyni zamanda sənaye, ticarət və kənd təsərrüfatı sahələrində yükdaşımaların və lojistikanın inkişaf etdirilməsi üçün də istifadə olunur. Üstəgəl Kəlbəcə-Laçın bölgəsinin turizm (yay və qış) potensialı. Təkcə Kəlbəcərin İstisu Sanatoriyası sovet vaxtı ildə 60 min nəfər turist qəbul edirmiş.

Başqa bir aspektdən baxsaq, Azərbaycanda fiziki şəxslərə təyyarə almağa, hansisa hava limanında saxlamağa hələ ki, icazə yoxdur. Ola bilər ki, gələcəkdə xaricdən gələn fiziki şəxslər öz şəxsi kiçikmotorlu təyyarələri ilə Qarabağa səfərə gəlsinlər. Bundan əlavə, iş adamlarının alacaqları təyyarələrin hər birinə xidmət etmək üçün ən azı 3-4 işçi (pilot, elektrik, mexanik) lazım olacaq. Bu isə 100-lərlə insanın işlə təmin olunması deməkdir. Bu sahəni inkişaf etdirsək, təmir xərclərini münasib etməklə xaricdən də biznes təyyarələrini ölkəmizə cəlb edə bilərik. Azərbaycan pilotları və avimexanikləri bu sahədə güclü kadrlardırlar”,- deyə ekspert qeyd edib.

İlhamə

Paylaş »
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »