Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan nazirinin Xankəndinə səfəri və Rusiya sülhməramlılarının fəaliyyətilə bağlı politoloqdan açıqlama
Ara Ayvazyan

Son günlər medianın gündəmində aşağıdakı 3 məsələ var:

1. Son iki gündə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələrinin Azərbaycana gəlişi haqda məlumatlar yayılır;

2. Prezident 10 noyabr razılaşmasından sonra ilk dəfə Xankəndi və sülhəramlılarla bağlı açıq şəkildə danışdı:

- Xankəndi Azərbaycan ərazisidir, xarici vətəndaşların ora gəlişi yalnız Bakının icazəsi ilə mümkün ola bilər;

- Sülhməramlılar funksiyasına uyğun fəaliyyət göstərmir;

3. Moskvada İlham Əliyevlə Paşinyanın görüşünə hazırlıq getdiyi informasiyaları var: sülh müqaviləsinin imzalanacağı deyilir.

“Son iki gündə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələrinin Azərbaycana gəlməsi ilə bağlı məlumatlar Azərbaycan ictimaiyyətini çox sevindirir. Çünki Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr bəyanatından sonra baş verən proseslərdə Azərbaycan ictimaiyyətini narahat edən bəzi suallar vardı”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

İlyas Hüseynov İlyas Hüseynov

Politoloq qeyd edib ki, milli maraqlarımızın təmin olunması istiqamətində məsələlərin Türkiyə sülhməramlılarının bölgəyə gəlişindən sonra həll olunacağına ümidlər var: “Türkiyə qardaşlarımızın bölgəyə gəlməsi regionda geosiyasi vəziyyəti dəyişməklə yanaşı bir sıra suallara da cavab verəcək. Ermənistan mediasına istinadla deyə bilərik ki orada da Türkiyə sülhməramlılarının Azərbaycana gəlişini diqqətlə izləyirlər. Ermənistanda ciddi natahatlıq var. Azərbaycan mövqeyindən məsələyə baxanda bizim mövqelərimizin və mövcud reallığın xeyrimizə daha da möhkəmlənməsi istiqamətində Türkiyə hərbi qulluqçularının regionda sülhyaratma missiyası və Ağdamda inşa olunan monitorinq mərkəzində sülhə nəzarət etməsi bizim xeyrimizə olacağını proqnozlaşdırmaq olar”.

Politoloq bildirib ki Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Ermənistanın Xarici işlər nazirinin Xankəndinə səfəri və Rusiya sülhməramlıları ilə bağlı vacib mesajlar verdi: “Birinci mesaj ondan ibarətdir ki Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağda qondarma rejimin rəhbərilə görüşməsi Azərbaycan tərəfindən böyük narazılıqla və haqlı olaraq hiddətlə qarşılanır, ictimaiyyəti narahat edir. Bu səfərlər olacaqsa, onda bu daha da böyük gərginliyin artmasına səbəb olacaq. Onda rəsmi Bakı daha kəskin və konkret addımlar atmalı olacaq. Ermənistan rəhbərliyi 44 günlük müharibənin nəticələrini təhlil etməli və dərk etməlidir, reallıqla barışmalıdır.

İkinci mesaj, sülhməramlıların funksiyasına toxunan dövlət başçısı sülhməramlıların fəaliyyətinin beynəlxalq hüquqda qeyd olunması və bu səlahiyyətlər çərçivəsini aşmaması ilə bağlı siqnallar verildi. Sülhmərəmlıların funksiyası müəyyənləşib. Rusiya sülhməramlıları 10 noyabr bəyanatından bir neçə saat sonra bölgəyə yerləşdirildi.

Bir sıra məsələlərdə Bakı gözləmə mövqeyində olsa da, orada infrastrukturun qurulması və humanitar funksiyaların yerinə yetirilməsi ilə bağlı sülhməramlılar fəaliyyət həyata keçirdilər. Unutmamaq lazımdır ki Xankəndi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Xankəndi Azərbaycanın suverenliyinə daxil olan ərazidir və sərhədlərimiz daxilindədir.

Bəzi ehtimallara görə Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında növbəti görüşün keçirilməsilə bağlı mətbuatda məlumatlar verilir. Belə görüşün keçirilməsini ehtimal etmək olar. Bu tipli görüşlər bölgədə təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyacaq”.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »