Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan vətəndaşları Ermənistana vizasız gedə bilər: Sürpriz qərarın pərdəarxası - Foto
İrəvan, Ermənistan

Ermənistanın Xarici İşlər Nazirliyinin saytında Ermənistana giriş üçün viza tələb olunmayan ölkələrin siyahısına dəyişiklik edilib.

Yeni siyahıda Azərbaycanın da adı peyda olub. Nə qədər absurd səslənsə də, bundan sonra Azərbaycan vətəndaşları sadəcə, xarici pasportunu cibinə qoyub maşına minib Ermənistana gedə bilər. Hazırda "anekdot"a bənzəyən bu reallığın arxasında nə dayanır?

Bizimyol.info-nun məlumatına görə, Ermənistan XİN-in bu qərarı Ermənistan əhalisi arasında anlaşılmazlıq yaradıb.

Xəbər Azərbaycan tərəfində də təəccüblə qarşılanıb. Hansı Azərbaycan vətəndaşı münasibətlərin belə gərgin zamanında Ermənistana getmək istəyər ki? Bu, əslində Ermənistanın dünyanın gözünə ballandıra-ballandıra soxmaq istədiyi gərəksiz hədiyyə, "Troya atı" kimi bir şeyə bənzəyir.

Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, Ermənistanın bu addımı atmasının arxasında bəzi məqamlar gizlənib.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Birincisi o dünyaya mesaj verir ki, Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır, sülh tərəfdarıdır. İkincisi, dünən Paşinyanın köməkçilərindən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin Ermənistan iqtisadiyyatı üçün əhəmiyyəti barədə danışdı. Və nəhayət Ermənistan Xüsusi Xidmət orqanlarının xüsusi nümayəndəsinin Azərbaycana gəlişi burda rol oynayır. Üçüncü bir hədəfə hesablanmış qərara bənzədirəm bunu. Ermənistan tərəfi həmin şəxsin gəlişi ilə heç bir sənəd imzalanmadığını söyləsə də, görünür ki, bu gün verilmiş bu viza qərarının arxasında o gizli saxlanılan hədəf dayanır. Tezliklə biz çox maraqlı sürprizlərlə qarşılaşa bilərik”,- deyə ekspert vurğulayıb.

Başqa bir versiyaya əsasən, əslində bu qərar Qarabağda pasportlaşdırma ilə bağlıdır. Yəni yaxın vaxtlarda Qarabağda sakinlərə Azərbaycan pasportlarının verilməsinə başlanacaq və bundan sonra onların Ermənistana vizasız hərəkəti üçün XİN belə bir dəyişiklik edib.

İlhamə

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »