Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp" istifadəçilərin fərdi məlumatlarını "Facebook"la bölüşəcək
Sosial şəbəkələr

"WhatsApp" messencerinin yaradıcıları fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni bənd əlavə ediblər.

"APA-Economics" xəbər verir ki, artıq bu barədə şirkət tərəfindən istifadəçilərə xəbərdarlıq edilib. İstifadəçi müqaviləsinin mətnində qeyd olunur ki, "Facebook"a aid olan "WhatsApp" istifadəçi vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün "tətbiqetmə ailəsi" ilə bölüşəcək.

"WhatsApp" bu yeniliyi şirkətin fərdi reklamları istifadəçi istəklərinə uyğunlaşdırmaq, xidmətlərini inkişaf etdirmək, həmçinin müştərilərə ən uyğun olan məzmun və şəxsi xidmətlər göstərmək üçün olduğunu izah edir. Bildirilir ki, sosial şəbəkələrin qarşılıqlı inteqrasiyası istifadəçilər üçün imkanları genişləndirəcək.

Xatırladaq ki, "Facebook" korporasiyasına həmçinin "Instagram" və "Facebook Messenger"i də daxildir. Şirkət tərəfindən toplanan məlumatlar coğrafi məkanı, sosial şəbəkələrdə aktivliyi və smartfona bu proqramların quraşdırılıb-pozulmasını əhatə edəcək.

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »