Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətər Misirə 5 milyard dollarlıq sərmayə qoyur
Qətər

Körfəz Əməkdaşlıq Şurasının 3 gün əvvəl keçirilmiş sammitindən sonra 4 ərəb dövləti, o cümlədən rəsmi Qahirə ilə embarqonun ləğvinə dair Bəyannamə imzalayan Doha Misirə qarşı xoşməramlı addım atıb.

Bizimyol.info xəbər verir ki, Qətərin “Diər” dövlət şirkəti Misir paytaxtında “St.Regis” otelinin açılışını edib. Mərasimdə Qətər, Misir və ABŞ-ın maliyyə nazirləri Əli Şərif Əl-Əmadi, Məhəmməd Maait və Stiven Mnuçin iştirak ediblər.

Qətərli nazir çıxışında bildirib ki, onun ölkəsi Misirdə turizm sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına öz dəstəyini göstərəcək. O əlavə edib ki, rəsmi Doha bu məqsədlə 5 milyard dollarlıq sərmayə layihəsi hazırlayıb. Həmçinin Misirdə mindən çox insanın daimi işlə təmin edilməsi nəzərdə tutulur ki, onların da 95 faizi misirlilərdən ibarət olacaq.

Bu, 2017-ci ildə Qətərə qaşı embarqonun tətbiqindən sonra iki ölkə arasında ilk rəsmi səfərdir. Artıq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri də Doha ilə iqtisadi əlaqələrin bərpa olunduğunu bəyan ediblər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »