Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin göstərişindən sonra 4700 mənzil şəhid ailələri üçün ayrılıb - Rəsmi açıqlama
İlham Əliyev

Məcburi köçkünlər üçün 2020-ci ildə tikilmiş və yaşayış üçün hər cür şəraitlə, o cümlədən orta məktəb, uşaq baxçası və digər sosial obyektlərlə təmin edilmiş qəsəbələr və yaşayış kompleksləri şəhid ailələrinə veriləcək.

Trend-in məlumatına görə, söhbət 4700-ə yaxın mənzildən ibarət qəsəbələr və hündürmərtəbəli yaşayış binalarından gedir.

Qeyd edək ki, ötən gün 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə Prezident İlham Əliyev bildirdi ki, qaçqınlar üçün nəzərdə tutulan mənzillər şəhid ailələrinə verilməsi ilə bağlı qərar qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, artıq həmin 4700-ə yaxın mənzil Dövlət Komitəsinin balansından çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib: Həmin yaşayış qəsəbələr və kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə tam hazırdır".

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, vətən müharibəsində iştirak etmiş şəxslərə də mənzillərin verilməsi cənab prezidentin diqqətindədir. Ötən gün açıqlanan fikirlər də məhz bu istiqamətdədir:

"Dövlət başçısı bildirdi ki, Dövlət Qaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə böyük mənzil proqramı icra ediləcək.

Bu proqram şəhid və müharibə əlillərinə şamil ediləcək. Artıq hər iki qurum arasında işlərə başlanılıb, həmçin digər aydiyyatı qurumlar hökümət səviyyəsində mənzil proqramının hazırlanması, icrası üzrə detalları müzakirə edir. Yaxın günlərdə bu barədə daha geniş məlumat veriləcək.

İlkin məlumat odur ki, 4700 mənzil Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi istiqamətin hüquqi işlər həyata keçirilir. Həmin binaların yerləşməsi, mövcud vəziyyəti və şəraiti qiymətləndirilir. İnanıram ki, yaxın vaxtlarda ehtiyacı olan və yerli icra hakimiyyətində uçota duran, öz mənzil ehtiyaclarını yerli icra orqanalarına əsaslandıran şəhid və əlillik alan müharibə iştirakçılarına təqdim ediləcək".

F. Talıblı əlavə edib ki, yerli icra hakimiyyəti orqanlarından nazirliyə bu barədə siyahı gələcək və həmin isyahıya uyğun olaraq ardıcıl mənzillər həmin şəxslərə təqdim ediləcək.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »