Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın ali rəhbəri ABŞ və Britaniya vaksinlərinin alınmasını qadağan edib
Ayətulla Seyid Əli Xamneyi

“Böyük Britaniya və ABŞ vaksinlərinin ölkəyə idxalı qadağandır. Amerikalılar vaksin hazırlaya bilsəydi, koronavirusla bağlı vəziyyət belə biabırçı olmazdı”.

“Report” xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xamenei dövlət televiziyasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, nə Fransanın, nə Böyük Britaniyanın vaksinləri güvənlidir: “Onlara inam yoxdur. Bəzi hallarda onlar öz vaksinlərini başqaları üzərində sınamaq istəyirlər”.

Bununla belə, İran Rusiya istehsalı “Sputnik V” vaksinini əldə etmək üçün qarşı tərəflə danışıqlar aparır.

Qeyd edək ki, hazırda İran COVID-19-a qarşı öz vaksinini istehsal edir. Vaksinin cari ilin yaz aylarında hazır olacağı gözlənilir. “Kovo-İran” preparatının artıq könüllülər üzərində sınaqdan keçirildiyi də açıqlanıb.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
Son xəbərlər
Bütün xəbərlər »