Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“YAŞAT”ın rəhbəri İkinci Qarabağ Müharibəsinin qazisi Elvin Hüseynov seçildi
Ülvi Mehdiyev

“Dekabrın 9-dan bəri YAŞAT Fondunun fəaliyyəti ilə bağlı ciddi addımlar atılıb. Ümumilikdə 2 787 şəhid və qazilərimizin ailə üzvləri ilə görüşlər keçirilib”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxslərin 1483 nəfərinin problemlərinin aradan qaldırılması üçün öhdəlik götürülüb ki, onlara ödənişlər edilsin.

Həmçinin Fondun rəhbər və müdir müavini müəyyənləşib. Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »