Yanvarın 7-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 6 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb.
Virtualaz.org bildirir ki, bu barədə “armeniasputnik” məlumat yayıb.
Cəsədlər Hadrut istiqamətində yolda aşkar edilib. Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək.
Qeyd edək ki, 13 noyabrdan 8 yanvar tarixinədək ümumilikdə 1194 erməninin cəsədi tapılıb.