Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa və ABŞ Qarabağda yeni müharibənin başlanmasında maraqlıdır”
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

“Prezidentin sülhməramlılara münasibətdə söylədiyi "10 noyabr razılaşmasında nəzərdə tutulan vəzifələrindən kənara çıxdılar, bəzi hallarda göz yumduq" deməsi Rusiyanın Qarabağdakı rolunu bir daha gözlər önünə sərdi”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, Rusiya Pasinyani devirməyə çalışır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Rusiya Qarabağda nə etməyə hazırlaşır?

Hazırda üç ən güclü ehtimal üzərində fikir yürütmək olar:

Birincisi Rusiya əlavə güzəştlər istəyir. İkincisi Türkiyənin artan nüfuzuna qarşı tədbir alır. Üçüncüsü isə Pasinyani devirməyə çalışır.

Üçüncü ehtimalı daha çox gücləndirən son günlərdə baş verən bir neçə detal var. Pasinyanin xarici işlər naziri Ara Ayvazyanin Qarabağa qeyri - qanuni səfəri, sərhəd kəndlərinin Azərbaycana verilməsi, gözlənilənin əksinə müharibədən sonra Nikolun nüfuzunun yüksək olması.

Belə çıxır ki, Rusiya Ermənistanın əlavə manipulyasiyasina şərait yaratmaqla Nikolun müharibəyə cəlb etməyə çalışır və bununla da onun karyerasına son qoymağı hədəfləyir.

Qarşıda 11 yanvar Moskva görüşü da bu baxımdan çox əhəmiyyətlidir.

Üç qızıl qayda: Azərbaycan coğrafi olaraq aldığı heç bir yeri tərk etməyib, status məsələsi yoxdur və bu, yalnız Rusiyanın yaratdığı şəraitdən istifadədir, logistika Azərbaycan ərazisindən həyata keçirilir.

Son məlumatlara görə türk qırıcıları və hərbi eşalonlari bölgəyə yerləşib”.

Əziz Əlibəyli bildirib ki, Qarabağla bağlı konkret olaraq, qondarma rejimin müstəqilliyinin tanınmasının tərəfdarı olan Fransa və ABŞ ( Nikolun arxasındakı güclər) Qarabağda yeni müharibənin başlanmasında maraqlıdır və rusları bölgədən atmağı düşünürlər.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »