Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənəvi dəyərlərimiz milli sərvətimizdir
Mənəvi dəyərlərimiz milli sərvətimizdir

Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu isə öz növbəsində bizim böyük üstünlüyümüzün və böyük sərvətimizin olduğunu göstərir. Eyni zamanda Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq bütün dünyada tanınır. Hər il olduğu kimi bu gündə bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən prosseslərdə artacaqdır. Azərbaycan xalqını bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz, milli mənəvi dəyərlərimiz, ana dilimiz və bizim dinimiz olmuşdur. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı eyni hüquqlara malikdir və bu həmişə belə olub.

Müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O, “...Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” deyirdi.

Sovet dönəmində olan bir çox qadağalara baxmayaraq, xalqımız milli “Novruz” və dini “Qurban”,”Ramazan” bayramlarını qeyd edərək, ənənələrimizi yaşatmışdır.

Heydər Əliyev

Böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin , tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tapşırıqları onun xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq nümunədir. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdı.Türk xalqlarının mədəni əlaqələrinin genişlənməsindən bəhs edən Türksoyun baş direktoru Düsen Kaseinov bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun ”Koroğlu" operası artıq bir çox ölkədə böyük uğurla nümayiş etdirilmişdir. O qeyd etmişdir ki, dünyanın ən böyük operalarından olan “Koroğlu”nun türk xalqlarının teatr səhnəsində oynanılması bu xalqların mədəni həyatında böyük hadisədir.

Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını və təbliğini daim diqqətdə saxlayır. Mərhəmətli və xeyirxah missiyası ilə bütün düyaya nümunə olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə genişmiqyaslı fəaliyyət göstərir, əhəmiyyətli layihələr həyata keçirir. "Şəki Xan Sarayı"əzəmətli memarlıq abidələrindən biridir. Dövlətimizin böyük səyi nəticəsində bu tarixi abidəyə 24 oktyabr 2001-ci ildə mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilmiş və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdi. 2019-cu ilin iyulun 7-də isə Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev də islam dini ilə bağlı tarixi ənənələrə və dini bayramlara hörmət və ehtiramla yanaşır.Həm tariximiz, həm də xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidi və eləcədə digər rayonlarımızda yerləşən məscidlərdə yeniden qurulub, əsaslı təmir edilmişdir. Hətta 2014-cü ildə ölkəmizin ən böyük məscidi olan "Heydər məscidi" tikilmişdir ki, bu da müsəlman aləmində tanınan dini,tarixi-memarlıq abidələrindən biridir. Ölkə Prezidentinin təşəbbüsü ilə “Tarixi şəhərlərdə kütləvi turizm” beynəlxalq memarlıq forumunun, “Bakı ürək günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin, “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyanada beynəlxalq konfransın keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə olan güclü mövqeyinin və humanizm prinsiplərinə əsaslanan bir ölkə olduğunun bariz nümunəsidir.

İlham Məmmədov Milli Məclisin deputatı İlham Məmmədov
Son xəbərlər
Bütün xəbərlər »