Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs həbs edilib
Polis postu

Qubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirilmiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər. Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »