Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ƏDV məbləğinin az faizlə geri qaytarılmasına supermarketdən açıqlama
Ərzaq - Market

“Bravo supermarket”lər şəbəkəsinin istehlakçıların hüququnu pozduğu iddia olunur.

Bizimyol.info xəbər verir ki, əlavə dəyər vergisi (ƏDV) istehlakçılara qanunla nəzərdə tutulan məbləğdən az faizlə geri qaytarılır.

Qanuna əsasən ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i geri qaytarılması nəzərdə tutulub. Amma “Bravo supermarket”lərdən müştərilərə verilən qəbzlərdə bu faizlər azaldılır.

Məsələ ilə bağlı “Bravo supermarket”lər Bizimyol.info-ya bildirib ki, hər müştərinin müraciəti və iradı Bravo Müştəri Xidmətləri tərəfindən diqqətlə dinlənilir: “Təəssüflər olsun ki, müştərilərin qəbzlərdə qeyd olunan Bravo marketdə kassa sistemdə texniki səhv baş verib və bu səbəbdən nağdsız ödənişlərin ƏDV-si 10% hesablanılıb. Məlumat üçün bildirmək istədik ki, texniki nasazlıq məlum olan kimi dərhal aradan qaldırılıb”.

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilib.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »