“Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur layihələrin həyata keçirilməsi bu bölgənin inkişafına və əhalinin köçürülməsindən sonra burada daha da əlverişli mühitin formalaşmasına, bu ərazilərə beynəlxalq investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq”.
Buzu Bizimyol.info-ya açılaması zamanı Cənubi Qafqaz Təhlükəsizlik Mərkəzinin sədri Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, xüsusilə aeroportların Füzuli, Laçın və Kəlbəcərdə tikilməsi turistlərin bu bölgəyə gəlişi və regional layihələrin həyata keçirilməsi üçün stimul verəcək.

“Füzuli aeroportu hərbi, iqtisadi layihənin tərkib hissəsi olacaq. Laçın və Kəlbərcər aeroportlarının tikintisi isə həm daxili, həm də beynəlxalq turizmin inkişafına imkan verəcək. Laçın və Kəlbəcər dağlıq əraziyə malikdir və qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi əhəmiyyət kəsb edə bilər”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanla sərhəd olan ərazilərin inkişafı gələcəkdə Ermənistanın bu ərazilərə olan təxribatının qarşısını alacaq.
“Azərbaycan bu əraziləri 30 il sonra işğaldan azad etdi və təbii ki, həmin əraziləri inkişaf səviyyəsinə gətirməlidir. Bu Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasına gətirib çıxaracaq. Həmçinin Azərbaycan sübut edəcək ki, ermənilərin 30 il ərzində heç bir infrastruktor qura bilmədiyi əraziləri biz çox qısa müddətdə dirçəltdik. Əhalinin köçürülməsi bölgənin inkişafına təkan verəcək. Bu aeroportlar Azərbaycanın beynəlxalq aləmə çıxışını təmin edəcək və beynəlxalq münasibətlər sistemində ölkəminizin daha da layiqli yer tutmasına gətirib çıxaracaq”,- deyə bildirib.

Leyla Mirzə