Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin qayınanası ilə bağlı qalmaqallı xəbər yayıldı - Foto
Vladimir Putin

Məşhur gimnast Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə evlənməsi, ondan övladının dünyaya gəlməsi həmişə ictimaiyyətdən gizlədilib.

Amma qonşu ölkə mətbuatı zamanla bu məsələyə qayıdır. Bu dəfə Putinin qayınanasından yazılıb.

Bizimyol.info xəbər verir ki, Lyubov Kabayevanın milyonluq mənzili ortaya çıxıb. Onun Moskvanın elit yaşayış kompleksində mülkiyyət əldə etdiyi müəyyənləşib. Mənzilin 5 otağı var, ümumi sahəsinin 260 kvadratmeyr olduğu bildirilir. Putinin qayınanası bunun üçün 600 milyon rubl (təxminən 8 milyon dollar) ödəyib.

Vladimir Putin və Alina Kabayeva Vladimir Putin və Alina Kabayeva

Mənzilin yerləşdiyi bina 1910-1911-ci illərdə inşa edilib. Burada əvvəldən lift qoyulub, su xətti çəkilib. İnqilaba qədər yuxarı mərtəbədə hüquqşünas Aleksandr Faberje yaşayırmış. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra bina kommunal yaşayış yerinə çevrilib.

Məşhur rus yazıçısı Mixal Bulqakov iki əsərində Preçistenka, 13 ünvanındakı binadan söz açıb. O, “Master və Marqarita”da Faberjenin yaşayış yerini “yaxşı olmayan mənzil” kimi təqdim edib. “İt ürəyi” povestində isə buranın professor Preobrajenskinin məskunlaşdığı bina kimi təsvirinə rast gəlmək mümkündür.

Alina Kabayeva anası Lyubov Kabayeva ilə Alina Kabayeva anası Lyubov Kabayeva ilə

Lyubov Kabayeva mənzili 2015-ci ildə əldə edib. Yaşayış yeri ona “Qazprom”a bağlı olan “Teplo-İnvest” şirkətinin vasitəçiliyi ilə keçib. Rusiya mətbuatı yazır ki, Putinin qayınanasının gəlirləri belə bahalı mənzil almağa imkan vermir. Düzdür, ana Kabayeva “Kuntsevo” idman kompleksinin rəhbəridir. Amma həmin vəzifə qanuni yollarla 8 milyon dollar toplamağa şərait yarada bilməz.

Alina Kabayevanın Vladimir Putinlə münasibətlərinin dövlət başçısının böyük siyasətdə ilk addımlarını atdığı dövrdən başladığı ehtimal edilir. Gimnast hələ 2001-ci ildə “Yedinaya Rossiya” partiyasına üzv seçilmişdi. Bundan altı il sonra isə Dövlət Dumasının deputatı kimi səhnəyə çıxmışdı. Onda Kabayeva ildə 10 milyon rubl qazanırdı.

Alina Kabayevanın anası Lyubov Kabayevanın mənzilinin yerləşdiyi bina Lyubov Kabayevanın mənzilinin yerləşdiyi bina

Mətbuat Putinlə münasibətlər haqda ilk dəfə 2008-ci ildə danışmışdı. “Moskovskiy korrespondent” ölkə rəhbərinin həyat yoldaşı Lyudmiladan ayrıldığını, gimnastla evlənməyə hazırlaşdığını yazmışdı. Həmin vaxt Putin ictimaiyyət qarşısında xəbəri təkzib etməli olmuşdu. Amma sonradan “Moskovskiy korrespondent”in yanılmadığı ortaya çıxdı və başqa media qurumları da xəbərin doğru olduğunu yazdılar.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »