Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Evin 4 əməkdaşı istefa verdi
Ağ Ev, Vaşonqton, ABŞ

Vaşinqtonda baş verən iğtişaşlardan sonra Ağ Evin dörd rəsmi nümayəndəsi istefa verib.

“Report” xəbər verir ki, daha əvvəl istefa vermiş Birinci Xanım aparatının rəhbəri Strefani Qrişamdan sonra mətbuat katibinin müavini Sarah Matyus və protokol katibi Riki Niçet də eyni addımı atıb.

Nəhayət, ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Matt Potincer də istefa ərizəsi verib.

Xatırladaq ki, dünən Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları etiraz nümayişi keçiriblər, daha sonra Konqres binasına hücumç edərək ali qanunverici qurumun iclasını yarımçıq qoyublar. Hadisə yerinə cəlb edilən polis və mühafizə dəstələri nümayişçilərə qarşı bibər qazı və səs qumbaraları tətbiq ediblər. İğtişaşlar nəticəsində 4 nəfər həlak olub. Sonradan iclasına davam edən Konqres üzvləri seçkilərdə Cozef Baydenin qələbə çaldığını təsdiqləyiblər.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »