Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsaqulyan: “Qarabağın əvəzində Azərbaycana Zəngəzurdan ərazi veriləcək”
İlham Əliyev, Nikol Paşinyan

Ermənistan prezidenti Armen Sarkisyanın xəstələnməsi barədə barədə xəbər yayılmışdı.

Hətta onun həyat yoldaşının da yoluxmaya məruz qaldığı bildirilirdi. Amma Ermənistanda Sarkisyanın hamını aldatdığını düşünənlər var.

Bizimyol.info xəbər verir ki, “Milli təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan mətbuat konfransında prezidentin yalan danışdığını deyib. Müxalifətçi Sarkisyanı məsuliyyətdən yayınmaqda qınayıb. İsaqulyan prezidentin bilərəkdən ortadan çəkildiyini bildirib.

Armen Sarkisyan Armen Sarkisyan

“Dekabrın 24-də Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşərək gələcək fəaliyyətin bütün sxemini təqdim edib. Bura Paşinyanla Əliyev arasında ehtimal olunan görüş də daxildir. Həmin görüşdə Paşinyan Qarabağın bizdə qalan hissəsi üçün təzminat kimi Ermənistan torpaqlarından (təxminən 2400 kvadrat km) verməlidir”.

Partiya sədri ərazi mübadiləsi üçün Azərbaycana Ermənistanın Sünik vilayəti (Zəngəzur - red.) ərazisindən torpaq verəcəyini deyib. Onun açıqladığı rəqəmdən çıxış etsək, İsaqulyan başa-baş, bərabər prinsip əsasında torpaq mübadiləsinin nəzərdə tutulduğunu demək istəyib.

Qarnik İsaqulyan Qarnik İsaqulyan

İsaqulyan dəfələrlə Paşinyanı satqınlıqda ittiham edib. Partiya rəhbəri 2020-ci ilin dekabrın ortalarında mətbuata müsahibəsində baş nazirin tez-tez Gürcüstana gedərək gizli görüşlər keçirdiyini demişdi. İsaqulyan məğlubiyyəti bütün çalarları ilə qəbul etməyən siyasətçilərdəndir. O, həmişə hansısa xəyanətkar razılaşmaların olduğunu vurğulayıb.

İsaqulyan sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı. Onu dekabrın sonlarında Paşinyana qarşı qəsd çağırışlarına görə saxlamışdılar. Partiya rəhbəri baş nazirə qarşı bunu gerçəkləndirən şəxsə ya milli qəhrəman adı, ya da 1 milyon dollar verilməli olduğunu söyləmişdi. Ona zorakılığa açıq çağırışa görə iş də açılmışdı.

İsaqulyan hələ SSRİ dövründə Ali Sovetin deputatı olub. Müstəqillik dönəmində isə o, bir müddət prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində işləyib.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Xatırladaq ki, sərhədlərin demarkasiyası Ermənistanda böyük etirazlara səbəb olub. Dəqiqləşdirmə nəticəsində Ermənistanın zəbt etdiyi bir sıra ərazi vahidləri Azərbaycana qaytarılır. Bəzi müxalifət nümayəndələri zaman-zaman Zəngəzurun Azərbaycana verilməsi barədə gizli planın olduğunu iddia edirlər.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »