Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya XİN ABŞ-dakı iğtişaşlar ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib
Almaniya

“Odlu silahdan istifadə edilməklə etiraz aksiyalarının davam edəcəyi istisna edilmir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi ölkəsinin vətəndaşlarına ABŞ-dakı vəziyyətlə bağlı xəbərdarlığında bildirilib.

“ABŞ-da 2021-ci il yanvarın 20-də yeni administrasiyanın hakimiyyətə gəlişinədək ümumi vəziyyət istənilən vaxt dəyişə və iğtişaşlar baş qaldıra bilər”, - Almaniya XİN-in məlumatında vurğulanıb.

Nazirlik ABŞ-dakı Almaniya vətəndaşlarını komendant saatına əməl etməyə, paytaxt Vaşinqtonda etiraz aksiyaları keçirilən ərazidən uzaq durmağa çağırır.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə, öz növbəsində, yanvarın 20-da hakimiyyəti dinc yolla ötürəcəyini açıqlayıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »