Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soylu: “Yunanıstan günahsız insanları ölümə sürükləyir” - Video
Suleyman Soylu

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu qanunsuz miqrantların Yunanıstan Sahil Mühafizə gəmisi tərəfindən Türkiyə ərazi sularına qovulduqlarını əks etdirən video paylaşıb.

Türkiyəli nazirin “Twitter” hesabından paylaşılan videodan görünür ki, mühacir gəmisi batma təhlükəsi ilə üzləşir. Mühacirlər Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilir.

Miqrantlardan biri deyib ki, üç saat qayıqda qalıblar və Yunanıstana çatıblar:

“Bir qayıq gördük. Gördüyümüz gəmi Türkiyə qayığı deyildi, Yunanıstan qayığı idi və kömək edəcəklərini düşünərək yardım istədik. Gəldilər, motorumuzu aldılar, sonra geri dönməyimizi dedilər. Türkiyə Sahil Təhlükəsizlik qüvvələri gəlib bizi xilas edənə qədər bizi izlədilər”.

Nazir Soylu qeyd edib ki, Yunanıstan günahsız insanları ölümə sürükləyir, Avropa da bunu müşahidə edir. Türkiyə Sahil Mühafizə Qüvvələri canlarını qurtarır.

O bildirib ki, hər gün baş verən bu qeyri-insani davranışa səsini çıxarmayan “Frontex”i və Avropa Parlamentini şiddətlə qınayırıq.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »