Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb
Narkotik

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, yanvar ayının 2-də Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürül­üb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »