Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanın su ehtiyatları azalıb
Naxçıvan

Naxçıvan MR-nın orta çoxillik dövr üçün su ehtiyatları 0.872 kubmetr həcmində hesablanıb. Bu, regionun 1978-ci və 1989-cu illərdə hesablanmış su ehtiyatları ilə müqayisədə 21.1% və 40.3% azalma deməkdir.

APA-nın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun illik hesabatında yer alıb. Qeyd olunub ki, Naxçıvan MR-nın ən iri suarteriyası olan Naxçıvan çayı, xüsusilə onun çoxillik axım məlumatlarına malik Qarababa məntəqəsinə qədərki hissəsi üçün tədqiqatlar xüsusi olaraq aparılıb.

Hidroloji ölçmə məntəqəsinin məlumatlarına əsasən, 1940-2015-ci illər ərzində Naxçıvan çayının Qarababa məntəqəsində su sərfi 2.2 dəfədən çox azalıb. 1940-cı illərdə çayın su sərfi 6.12 m 3 /san həcmində idisə, 2000-ci illərdə azalaraq 2.63 m 3 /san-ə düşüb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »