Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST koronavirusun neçə Avropa ölkəsində yayıldığını açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Koronavirusun yeni ştammı 22 Avropa ölkəsində aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluge Kopenhagendə “Facebook” vasitəsilə yayımlanan brifinqdə açıqlayıb:

“Bütün viruslar kimi, COVID-19 virusu da zaman keçdikcə dəyişdi. SARS CoV-2-nin (VOC) daha təhlükəli variantının təsirləri ilə bağlı narahatlıqları anlayıram”.

O, qeyd edib ki, bu ştammın səbəb olduğu xəstəlik əhəmiyyətli dərəcədə dəyişməsə də, daha sürətli yayılır:

“SARS CoV-2 bütün yaş kateqoriyalarında qeydə alınıb. Uşaqlar yüksək risk qrupuna aid deyillər. Virusun yeni variantını Böyük Britaniyada və Danimarkada olduğu kimi zamanla başqa viruslar da əvəz edə bilər”.

ÜST-nin Avropa Regional Bürosunun məlumatına görə, 2020-ci ildə bölgənin 53 ölkəsində 26 milyon təsdiqlənmiş COVID-19-a yoluxma hadisəsi və virusdan 580 mindən çox ölüm qeydə alınıb. 2021-ci ilin əvvəlində Avropa regionunda 230 milyondan çox insan tamamilə təcrid olunmuş ölkələrdə yaşayır və bir sıra digər ölkələr gələn həftə yeni məhdudiyyətlər elan etmək niyyətindədir.(oxu.az)

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »