Tramp tərəfdarlarının Konqres binasını işğal etməsindən sonra ABŞ-da baş verən hadisələr haqqında yeni məlumatlar ortaya çıxır. Qanlı basqında iştirak edənlərin şəxsiyyəti açıqlanmağa başlanıb.
Bizimyol.info xəbər verir ki, Konqres binasına basqın edən Tramp tərəfdarlarından birini çılpaq bədənini örtən döymələri, bel çantası və başındakı tüklü, buynuzlu dəbilqəsi ilə dünya mediasının marağına səbəb olub.
Konqres binasına hücum edənlərin arasında olan həmin şəxsin adının Jake Angeli olduğu müəyyən edilib. O, Arizona müğənnisi və əla geyimləri ilə podiumu tutan aktyordur. 32 yaşlı Jake Angeli Tramp tərəfdarıdır və həm də tez-tez mitinqlərdə iştirak etməsi ilə tanınır.
Leyla Mirzə