Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vaksinləşmə başlayır: 5 vacib suala cavab
Azərbaycanda vaksinləşmə başlayır: 5 vacib suala cavab

Hələ ötən ilin dekabr ayında verilən məlumata görə, Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb. Hökumətdəki mənbələrin verdiyi xəbərdə vaksinin 80 milyon manata Türkiyənin “Keymen İlaç” şikrətindən alınacağı deyilmişdi. Vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq.

Artıq icra hakimiyyəti orqanlarında 50-65 yaş aralığında əhalinin qeydə alındığı bildirilir. Amma bir sıra sullar hələ də açıq qalır:

- Vaksinləşmə məcburidirmi?

- Peyvəndlər hardan alınıb?

- Effektivliyinə zəmanət faizi nə qədərdir?

- Neçəyə başa gələcək insanlara, yoxsa pulsuz olacaq?

- Uğursuz nəticələrə görə kim məsuliyyət daşıyacaq?

TƏBİB-dən Bizimyol.info-ya verilən məlumata görə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq. "Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib.TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyəndin COVAX platforması çərçivəsində alınması nəzərdə tutulub. Hökumətin qərarına əsasən, bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev yaxn günlərdə Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın başlanacağını bildirdi. Bizimyol.info redaksiyasına gələn və vətəndaşları narahat edən suallara deputat, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov cavab verir:

İlham Məmmədov Milli Məclisin deputatı İlham Məmmədov

-İlham müəllim, Azərbaycanda 50-65 yaşa qədər vətəndaşların İcra hakimiyyətləri tərəfindən uçota alınmasına başlanılıb. Bilmək istərdik, vaksin ilk növbədə kimlərə vurulacaq?

- Peyvəndləşmə ÜST-ün pandemiyaya qarşı mübarizə proqramı çərçivəsində ən effektiv müalicə üsuludur. Bütün yayılan infeksiyaların, virus xəstəliklərinin aradan qaldırılmasının qızıl açarı vaksinasiyadır. Dünən cənab Prezident dedi ki, yaxın bir ay ərzində vaksinasiyaya başlanılacaq. Amma dəqiq vaxt deyilmədi. Bizim bir neçə vaksindən istifadə etmək imkanımız var. Hansı ən yaxşısıdır, ən keyfiyyətlidir, Azərbaycanda da o tətbiq ediləcək. Hələ ki, tam hansı vaksindən istifadə olunacağı elan edilməyib. Yenə deyirəm, ən təhlükəsiz hansıdır , o da gətiriləcək.Vaksinin ölkəyə gətirilməsi çətin məsələ deyil. Əsas məsələ gətirilən vaksinin düzgün yerləşdirilib, saxlanılmasıdır. Ona hazırlıq məsələsidir. Risk qruplarına həkimlər, xidmət sahəsində işləyənlər, yaşı 65-dən çox olanlar , vacib ictimai fəaliyyəti olan insanlar daxildir.

- Vaksinin vurulması məcburi olacaq?

- Xeyr vaksinasiya məcburi deyil. Sadəcə, elə fikir yaranmasın ki, vaksin ziyanlıdır, ondan çəkinmək lazımdır. Hər bir vaksinin orqanizmdə törətdyi müxtəlif reaksiyalar var. Az sayda problemlər yarana bilər, bəzi insanlara təsir etməyə bilər, bəzilərinə əksinə yaxşı təsir etməz. Amma bu çox az sayda qeydə alınıb və bu kimi xırda məsələlərə görə vaksindən uzaq dayanmaq olmaz.

Əhaliyə vaksinin faydaları barədə düzgün təbliğat aparılmalıdır. Mən millət vəkili olaraq, ilk peyvənd etdirənlərdən olacam.

- Risk qrupuna aid ola şəxslərə vaksinasiya məcbur olacaqmı?

- Məcbur olmayacaq.İlkin olaraq təşkilati baxımdan risk qrupuna daxil olan adamlar cəlb ediləcək. Risk qrupunda olan insanların da hamısına peyvənd vurmaq olmaz. Bunun üçün hazırlıq prosesi tələb olunur və uçota alınmaqla məhz bu hazırlıq prosesi aparılır. Vətəndaşın əlavə xəstəlikləri barədə məlumatlar dəqiqləşdirilir. Həkimlər müxtəlif təlimlərə cəlb edilirlər.

- Vaksin pulla vurulacaqmı?

- Əsla. Birmənaı şəkildə bildirirəm, vaksin pulsuz olacaq. Bu, rəsmi strukturlar tərəfindən elan edilib. Vakisinin ölkəmizə gətirilməsini mən koronavirusla vidalşama mərhələsi kimi qeyd edərdim və bunu əminliklə deyirəm.

- Peyvəndlər əsasən hansı ölkədən alınacaq?

- Bu barədə mənim dəqiq məlumatım yoxdur. Qardaş Türkiyədə həm Çin, həm də ABŞ vaksinlərindən istifadə olunur. Sadəcə çatdıra bilmək üçün müxəlif şirkətlərin vaksinlərinə üz tutulub. Milyonlarla doza tələb olunur və bütün ölkələrdə ehtiyac yaranıb.

- Uğursuz nəticə və ya vaksin keyfiyyətsiz olarsa məsuliyyəti kim daşıyacaq?

- Bu ehtimal çox azdır. Biz hansı vaksini oldu almırıq.ÜST-ün 3 kliniki sınağından keçmiş vaksinləri alacağıq.Burda da müsbət nəticə ehtimalı 90 faizdən yüksəkdir. İmmunitet qazanmağın yolu vaksinasiyadan keçir. Cənab Prezident yaxşının yaxşısını gətirməyə tapşırıb.Bu işlə ciddi mə.ğul olunur.

- Koronavrusa qarşı vaksin ildə bir dəfə təkrar vurulacaq, yoxsa bununla bitəcək?

- Virusların hər il yeni ştammaları yaranır. Bu ilki vaksin gələn il effektli olmayacaq. İllər boyu belə olub. Hər il uyğun vaksinlər hazırlanır. Biz vaxt qazanmalıyıq ki, kütləvi immunitet yaranana qədər virusu ən az itkiylə adlada bilək. İndi vaksinasiyanın əsas hədəfi koronavirus pademiyasına qələbə çalıb normal həyata dönməkdir. Bir müddət sonra koronavirusa da adi qripə öyrəşən kimi öyrəşəcək.

- Dediniz ki, vaksinləşmjə başlayandan sonra normal həyata qayıdacağıq.

- Bu fikirləri cənab Prezident İlham Əliyev səsləndirdi. Həm də böyük əminliklə səsləndirdi. Mən hesab edirəm ki, biz ona inanmalıyıq və əhali bunu bir çağırış kimi qəbul etməlidir. Vaksinləşmə uğurla başa çatdıqdan sonra biz yenidən əvvəlki həyatımıza qayıda biləcəyik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »