Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahbaz Quliyev: “Beynəlxalq Qızıl Xaç Komitəsi bizə verilən işgəncəni görürdü”
Şahbaz Quliyev

“Bu gün Azərbaycandayam. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Qarabağ Azərbaycandır!”

Bunu bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Şahbaz Quliyev deyib.

“Biz ata-anamızın qəbrini ziyarət edərkən girov düşdük. Dilqəmgil (Dilqəm Əsgərov) məndən sonra girov düşdülər. Onlar çəkən işgəncəni mən də çəkmişəm. Axşam yatmağa qoymurdular, səhərə kimi bizə səs dinlədirdilər. Onların “Milli Təhlükəsizlik Xidməti”nin əməkdaşı demək olar hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı. Onlar inanmırdılar ki, biz ziyarətə gəlmişik. Bizə terrorçu, diversant adı qoymuşdular. Son günə kimi bizi belə təqdim etmək istəyirdilər. Son gün Beynəlxalq Qızıl Xaç Komitəsindən həkim gəlmişdi. Həkim deyirdi ki, əlimə gips qoyulmalıdır, lakin onlar etiraz edirdilər. Beynəlxalq Qızıl Xaç Komitəsi bizə verilən işgəncəni görürdü. Bizə verilən işgəncələr haqda məktublarda yazmağa imkan vermirdilər. Bir ildən sonra Şuşa həbsxanasında bizi kameraya bağlamışdılar. 44 günlük Vətən müharibəsi bütün Ermənistanı silkələdi”, - deyə Ş. Quliyev qeyd edib.(apa)

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »