Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da baş verənlər Türkiyə, Rusiya və İrana necə təsir edəcək... - Açıqlama
Donald Tramp, Co Bayden

“2020-ci ili ABŞ tarixinin ən gərgin dövrlərindən biri kimi xarakterizə etmək olar”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, bütün dünyadan seçki saxtakarlığı, səs oğurluğu ilə bağlı iddialar və ittihamlar irəli sürən, başqa ölkələrə ekspansion hücumlar edən, daxili işlərinə qarışan və rəngli inqilab ssenariləri həyata keçirən ABŞ-ın öz daxili siyasi sistemində seçki saxtakarlığı iddialarının ortaya atılması çox ciddi rezonans doğuran hadisələrdən biridir.

Tural İsmayılov Tural İsmayılov

“Amerikanın tarixində müxtəlif ayaqlanmalar, işçi etirazları, xalq kütlələrinin üsyanları olub. Lakin qlobal səhiyyə böhranına qarşı mübarizədə ABŞ-ın qlobal güc kimi mübarizə apara bilməməsi həm ABŞ-ın yerli əhalisi, həm də ABŞ-ın xarici siyasət kursunda əsas önəmli müttəfiq kimi qəbul edilmiş ölkələr tərəfindən ciddi etirazlarla qarşılanırdı. Buna görə də bir anda ABŞ yoluxanların sayında liderliyə çatdı. Daha sonra prezident seçkiləri keçirildi və Tramp Co Baydenə uduzduqdan sonra qalmaqallı açılamalar verdi.

Düşünürəm ki, bütün dünyadan seçki saxtakarlığı, səs oğurluğu ilə bağlı iddialar və ittihamlar irəli sürən, başqa ölkələrə ekspansion hücumlar edən, daxili işlərinə qarışan və rəngli inqilab ssenariləri həyata keçirən ABŞ-ın öz daxili siyasi sistemində seçki saxtakarlığı iddialarının ortaya atılması çox ciddi rezonans doğuran hadisələrdən biridir. ABŞ Trampın prezidentliyi dönəmində də bir çox ölkələrdə seçki sistemləri ilə bağlı çox sərt açıqlamalar verib və həmin ölkələrin daxilində keçirilən seçkilərlə bağlı saxtakarlıq məsələsini əsas preoritet kimi qəbul edib.

Donald Tramp qeyd etdi ki, ABŞ-da seçkilər saxtakarlaşdırılıb və Co Baydenin tərəfdarları qutuları oğurlayıb, səs sayımında yalnışlığa yol verib. Bunun özü də 2020-ci ildə ABŞ-ın xarici siyasət kursu ilə bərabər daxili siyasət sistemlərində də kövrəklik baş verdiyini bütün dünyaya nümayiş etdirdi. Sonuncu olaraq paytaxt Vaşinqtonda Donald Tramp tərəfdarlarının Konqresə nümayişkaranə şəkildə daxil olması, etirazçılara zor tədbiq edilməsi, 2021-ci ilin ABŞ üçün çox çətin olacağını göstərdi.

Bununla yanaşı, Avropa Birliyi sisteminin özündə müxtəlif siyasi açıqlama cəhdləri, Avropa Birliyinin Şərqə genişlənən siyasi simpatiyası və bu fonda Böyük Britaniyanın AB-ni tərk etməsindən sonra müxtəlif yeni layihələrə imza atması bir daha göstərir ki, 2021-ci il ABŞ üçün çətin il olacaq.

Hətta düşünürəm ki, yanvarın 20-də Baydenin prezidentliyi təsdiqləndikdən sonra Tramp və onun tərəfdarları ilə demokratlar arasında müxtəlif formada siyasi atışmalar, çəkişmələr davam edəcək”.

Tural İsmayılovun sözlərinə görə, Rusiya ABŞ-dakı siyasi xaosdan istifadə etməyə çalışacaq: “Rusiya öz regionu üçün güclü dövlətlərdən biri hesab olunur. Rusiyaya qarşı Qərbdən müxtəlif sanksiyaların səslənməsi, qlobal sağlamlıq böranının Rusiya iqtisadi sisteminə vurduğu ziyanların aradan qaldırılması ilə bağlı düşünürəm ki, 2021-ci ildə Rusiya daxili siyasətə daha çox fokuslanacaq. Buna baxmayaraq, regional əhəmiyyətli layihələrdə, prosseslərdə yenə aktiv şəkildə rol alacağını düşünürəm. ABŞ-da daxili siyasi sistemin qarışıqlığı səbəbindən Suriya, yaxın şərq və digər bölgələrdə Rusiyanın hansısa taktiki planlarının şahidi ola bilərik”.

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Çin münasibətlərinin dərinləşməsi və 2021-ci ildə Böyük Britaniya ilə Türkiyə arasında nəhəng ticarət sazişinin imzalanması İranın prossesdə tək qalmamaq istəyi ilə nəticələnəcək: “İran ya Türkiyə vasitəsilə Avropa ilə əlaqələr qurmağa cəhd edəcək, ya da Rusiya-Çin siyasi, iqtisadi əlaqələrinin güclənməsi ilə hansısa bir ittifaq formalaşarsa, İran da bu ittifaqda təmsil olunmağa çalışacaq. 2021-ci il İran üçün 2020-ci ilin çətin iqtisadi, siyasi təsirlərindən qurtulmaq üçün cəhd ili olacaq. Düşünürəm ki, daxili, siyasi islahatlar fonunda İran da yenidən formalaşacaq. Hansısa geosiyasi təşkilat, qurum və strukturda təmsil olunmağa cəhd edəcək”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »