Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Nuriyev: Şuşa şəhərinin baş planının hazırlanmasına başlanılıb
Şuşa şəhəri

Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb.

Bizimyol.info xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir:

"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir".

S.Nuriyev əlavə edib ki, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulub, danışıqlara başlanılıb. Yerli mütəxəssislərin cəlb olunması təmin edilib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »