“Hətta ən yaxın tərəfdaşlarımız belə ağlı başında olmayan avantüristlə tərəfdaşlığa razı olmaz. Ermənistanda dövlət maraqlarının vacibliyini dərk edən, inanılmış bir rəhbərə ehtiyac var.
Bizimyol.info-nun məlumatına görə, bu fikirləri Ermənistan mediasında “Daşnakstyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan səsləndirib.
“Bunun üçün bizə yol gedə biləcəyimiz, danışa biləcəyimiz hakimiyyət lazımdır. Heç bir ölkə, hətta ən yaxın tərəfdaşlarımız belə ağlı başında olmayan avantüristlə bu yolu getməyə razı olmaz. Bu şəraitdə Ermənistan özünün dünyadan təcrid edir və düşmənimiz (Azərbaycan) bundan istifadə edərək öz nüfuzunu, təsirini artırır.Nəticədə xalqımız əziyyət çəkir.
“ Məğlub olmuş, kapitulyasiya imzalamış rəhbərlə yalnız düşmən masa arxasına keçmək istəyər. Ona görə ki, ondan yeni gözləntilər var. Yanvarın 11-də Azərbaycanın satqın Paşinyandan yeni gözləntiləri olacaq, o bizi bir daha satacaq. Nikolun hakimiyytdə qalmağının qiyməti budur”,- deyə o qeyd edib.
İlhamə