Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusunun qalıqlarının tezliklə Qarabağdan çıxarılacağı gözlənilir
Erməni əsirlər

Qısa müddət ərzində Ermənistan ordusunun qalıqlarının Dağlıq Qarabağdan çıxarılacağı və Ermənistan ərazisinə çəkiləcəyi gözlənilir. Dağlıq Qarabağın hazırda ermənilər yaşayan hissəsində isə təkcə Rusiya sülhməramlı kontingenti və yerli əhalidən formalaşan azsaylı dəstələr olacaq.

Virtualaz.org xəbər verir ki, belə məlumat Ermənistanın telegram-kanallarından birində yayılıb. “Dördüncü respublika” adlı telegram-kanal bu məlumatın hələ təsdiqlənmədiyini qeyd edir və ümid edir ki, “onurğasız rəhbərlik belə satqınçılığa getməz”. Çünki silahlı birləşmələrin Qarabağdan çıxarılması Ermənistan üçün “fəlakət” olardı.

Qeyd edək ki, darmadağın edilmiş Ermənistan ordusunun qalıqları hərbi əməliyyatların dayandırılmasından sonra da Dağlıq Qarabağda qalmaqdadır. Onlar formal olaraq “dqr müdafiə ordusu” adlandırılır, lakin aydındır ki, Azərbaycan ərazilərinin bu hissəsində qalan silahlıların çoxu Ermənistandan gətirilənlərdir. Bəzi keçmiş səhra komandirləri isə son günlər Dağlıq Qarabağda “yeni, müasir ordu qurmaq” barədə bəyanatlar verirlər. Bu da qeyd-şərtsiz təslim olmuş Ermənistanın üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır və revanş niyyətlərindən xəbər verir.

Erməni ordusunun qalıqları , təxminən 10-15 minlik birləşmə hərbi əməliyyatların dayandırılmasından sonra Əsgəran-Xocalı istiqamətində, Xocavənd ətrafında və qismən də Ağdərədə cəmləşib. 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birinə əsasən regionda sülhməramlılar erməni qüvvələrinin çıxarılması ilə paralel (bu bənddə erməni qüvvələrinin konkret haradan çıxarılması və hara yenidəndislokasiyası göstərilməsə də) yerləşdirilməliydi.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »