Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq şəhid və qazi övladlarını travmalardan qorumağın yollarını açıqlayıb
Şuşa

Haqq savaşımızın böyük qələbəmizlə son çatmasından dolayı sevincliyik. Lakin qəbul etmək lazımdır ki, müharibənin müəyyən fəsadları olur. Məsələn şəhidlik zirvəsinə ucalan oğullarımızın acısı, qazilərimizin fiziki məhdudiyyətləri, ailələrinin hazırki durumu hər birimizi düşündürür.

Bir sözlə, müharibə iştirakçılarının problemləri yalnız fiziki yaralarla yekunlaşmır.

Şəhid ailələrinə və qazilərə psixoloji yardım göstərilməlidirmi? Bu istiqamətdə hansı işlər görülməlidir? Şəhid və qazi övladlarını travmalardan necə qorunmalı?

Psixoloq İlhamə Musaqızı Bizimyol.info-ya şəhid və qazi övladlarını travmalardan qorumağın yollarını açıqlayıb.

Psixoloq İlhamə Musaqızı İlhamə Musaqızı

“Sözsüz ki şəhid və qazi ailələrini travmadan qorumağı biz bacara bilmərik. Çünki travma elə bir haldır ki onu gözləmirsən və gözlənilməyən başımıza gələn pis hallar travma sayılır. Heç bir ana övladının şəhid kimi gəlməsini gözləmir, əksinə onunla bağlı xoş düçüncələrə qapılır ki xoş günlərini yaşasın. Hətta biz şahidi olduq ki, şəhid gələn övladının o olmadığının fəryadını yaşadı bir ana. Çünki inana bilmirdi və istəmirdi, bəlkə bir ümidi vardı içində”,-deyə psixoloq bildirib.

İ.Musaqızı qeyd edib ki, psixoloqlar sonradan alınan travmalardan azacıq da olsa qoruya bilər: “Bununla bağlı psixoloqlara çox ehtiyac duyulur və mən buna hazıram. Lakin burada yalnız dəstək böyüklərə yox, eyni zamanda şəhid və qazi övladlarına olunmalıdır. Məsələn, bu yaxınlarda bir məsələ ilə bağlı mənə müraciət etdilər ki, uşağın 7 yaşı var və atası şəhid olub. Uşaq bunu eşitdiyi ilk gündən ailə üzvləri ilə belə danışmır. Bununla bağlı təbii ki mən ailəyə yardım edəcəm lakin anlamaq lazımdır ki, o uşaq artıq travma alıb və proses asan olmayacaq. Əslində biz böyüklər problemlərimizə qalib gəlmək kimi bacarığa sahibik, lakin uşaqlar belə deyil. Buna görə də valideynlər çox diqqətli olmalıdırlar. Şəhid birinci dərəcəli qohumdursa belə, bunu uşaq görməməlidir. Yaxşı olar ki bu situasiya da uşağı harasa göndərsinlər. Və ya qazidirsə, uşağın yanında məsələn kəsilən ayağı və ya qolu göstərmək olmaz. Bu uşaqda yaşından asılı olmayaraq şiddətə meyillilik yaradır və körpə yaşından insanlara nifrət oyadır, çünki o bilir ki atası bir insan tərəfindən şəhid edilib. Bəzən bunu gec anlasaq belə hər halda hər şey öz əlimizdədir”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »