Britaniyanın ABŞ-dakı səfiri Karen Pits Bloombergə müsahibəsində bəyan edib ki, Rusiya və Çin koronavirus pandemiyası ilə mübarizədən qələbə ilə çıxmamalıdır. Pirsin sözlərinə görə, Britaniya və ABŞ Çinin kibernetika, süni intellekt sahəsində texnoloji üstünlüyündən ehtiyat edirlər.
“Britaniya hesab edir ki, bizim dövrümüzdə əsas çağırış Çin və Rusiya ilə mübarizədir. Yeni texnologiyalar “ açıq” bazarlara xeyir gətirməlidirlər, Çinin inkişafı isə həddən artıq avtoritardır. ABŞ və Britaniya bütün gücləri ilə bu ölkələrin pandemiya ilə mübarizədən zəfərlə çıxmasının qarşısını almalıdırlar”,- deyə o vurğulayıb.
Səfir sözü gedən süni intellekt texnologiyalarıı 1950-ci ildə nüvə silahlarının yayılması ilə müqayisə edib.
Qeyd edək ki, bu gecə Britaniyada üçüncü lokdaun elan edilib. Bu sərtliyinə görə pandemiyanın ilk günlərində elan edilmiş karantin qaydaları ilə eyni sərtlikdə məhdudiyyətləri ehtiva edir.
İlhamə