Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bacısını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
Məhkəmə

31 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bizimyol.info xəbər verir ki, Şabran rayon Prokurorluğundan verilən məlumatına görə, istintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
››› Navalnı Moskvada saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »