Gəncə şəhərinin Kəpəz rayonunda “Great Wall” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.
Daha bir yanğın hadisəsi Ağdaş rayonunda baş verib.
Belə ki, rayonun Orta Ləki kəndində ümumi sahəsi 620 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 490 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.